Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Ürəyində arzu tut” tamaşası Sabirabadda...

Tarix: 17-07-2019 16:30     Baxış: 3384 A- / A+
“Ürəyində arzu tut” tamaşası Sabirabadda...


Mədəniyyət Nazirliyinin təşəbbüsü, Sabirabad regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” tamaşası ilə Sabirabad şəhərində qastrol səfərində olub.

Manevr.az-ın məlumatına görə, Sabirabad şəhər Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunan tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Pərvin Dadaşova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə teatrın kollektivi iyulun 16-da “Ürəyində arzu tut” tamaşası ilə Sabirabad rayonunda 137-ci mövsümü qastrol səfəri ilə başa vuracaq.

Sabirabad Regional Mədəniyyət idarəsinin mətbuat xidməti

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar