Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərli məcburi köçkünlər BƏYANAT VERDİ: "...hələ də nəticəsiz sülh danışıqları aparılır"

Tarix: 11-08-2019 10:03     Baxış: 2797 A- / A+
Kəlbəcərli məcburi köçkünlər BƏYANAT VERDİ: "...hələ də nəticəsiz sülh danışıqları aparılır"


Xəbər verdiyimiz kimi işğal edilmiş torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi ilə Kəlbəcər və Laçın rayonundan olan bir qrup məcburi köçkün, hər iki rayonun sakinləri adından Xarici İşlər Nazirliyinə yazılı bəyanat təqdim edib.

Manevr.az kəlbəcərli məcburi köçkünlərin bəyanatının tam mətnini təqdim edir:

B Ə Y A N A T

"Beş minillik dövlətçilik tarixi olan Azərbaycan tarix boyu dünyanın bir çox dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələr qurmuşdur. Hələ XVI əsrdə Azərbaycan Səfəvilər dövləti Avropa ölkələri ilə sıx diplomatikəlaqələr yaratmışdı. Bununla belə daxili çəkişmələr və xarici müdaxilələr Azərbaycan Səfəvi dövlətini zəiflətmiş və süqutuna səbəb olmuşdu. Azərbaycanın təbii sərvətləri qonşu dövlətlərin tamahına səbəb olmuş və 1828-ci ildə Rusiya-Qacar dövlətləri bu əraziyə sahib olmaq uğrunda müharibə aparmışlar. Nəticədə Azərbaycan ərazisi bu dövlətlər arasında parçalanmışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiya Azərbaycanın şimalına, İran isə cənubuna sahiblənmişdi. Bundan sonra Rusiya dünyanın müxtəlif ölkələrində yaşayanerməniləri Azərbaycanın Qarabağ, Naxçıvan və İrəvan bölgələrinəköçürmüşdü. Azərbaycanın əzəli torpaqlarında kök salan ermənilər bundan sonra bu ərazilərdə erməni dövləti yaratmağa girişmişdilər. Ermənilər XX əsrin əvvəllərindən terrorçu təşkilatlar yaradaraq öz havadarlarının köməyi ilə yerliazərbaycanlılara qarşı soyqırımı siyasətinə girişmişlər. Onların Azərbaycan türklərinə qarşı törətdikləri ən böyük cinayətlərindən biri 1918-ci il martın 31-də həyata keçirdikləri soyqırımı idi.

1917-ci il fevral inqilabı ilə Rusiyada çarizm devrildi və onun tərkibində olan xalqların bəziləri, o cümlədən Azərbaycan da müstəqillik əldə etdi. 1918-ci il mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsi bütün dünyaya elan edildi. Türk- müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulu - parlamentli respublika yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti o zaman Antanta dövlətləri və dünya birliyi tərəfindən defakto tanındı. Ermənilər xaricdəki havadarlarının hesabına Azərbaycana siyasi təzyiqlər göstərərək əzəli torpaqlarımız olan İrəvanı paytaxtelan etməklə özlərinə dövlət yaratdılar. O zamanAzərbaycan Xalq Cümhuriyyəti İrəvanı o şərtlə ermənilərə güzəştəgetdi ki,onlar Qarabağ və başqa ərazilərə olan iddialarından əl çəksinlər.

1918-ci ilin birinci yarısında Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 7.913.17 kvadratkilometr təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. 1920-ci il avqustun 10-da İrəvan şəhərində Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliynə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar çıxardı. Nəhayət, uzun müzakirələrdən sonra Zəngəzur qəzasının köhnə inzibati sərhədlərdə saxlanması qərara alındı. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi.Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununlakifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi.Ermənistan ərazisindən Azərbaycanlılar 4 dəfə kütləvi şəkildə deportasiya olundular. Sonuncu dəfə Ermənistanda qalan 200 min azərbaycanlı 1988-ci ildə zorla çıxarıldı. Növbəti münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Kəlbəcərin Ağdaban kəndinə hücum etdilər. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək əsl soyqırım törətdilər. Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür. 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcərə yenidən Ağdaban istiqamətindən hücum etdilər. Erməni silahlıları yenidən kəndi viran qoydular.

Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi.
Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədildi. İşğal zamanı doğma torpaqlarını tərk etməyə imkan tapmayan 62 nəfər kəlbəcərli dağlara sığındı. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala bildilər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayaraq 27 nəfər dinc sakini qətlə yetirdilər. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırmışdılar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi isə işgəncə ilə qətlə yetirmişdilər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüşdür. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilmiş və daha 113 gün mühasirə həyatı yaşamışdır.
1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğal olunarkən rayonun 54 mindən artıq əhalisi məcburi köçkün, 321 nəfər əsir düşüb və ya girov götürülüb, 511 nəfər vəhşicəsinə qətlə yetirilib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilib və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.Kəlbəcərin qızıl yataqları, min bir dərdin dərmanı İstisu sanatoriyası, yaşıl aptek adlandırılan faunası o cümlədən 2 mindən artıq dərman bitkisinə malik olan ərazilər, civə yataqları, travertin, tuf, bazalt, qabbro, listivenit, mərmər və başqa qiymətli daş yataqları erməni talançılarının əlinə keçdi. Erməni barbarları maddi sərvətlərimizi talan etməklə yanaşı mənəvi dəyərlərimiz olan tarixi abidələrimizi və qəbirlərimizi dağıdıblar. Təkcə Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində olan 36 minədək qiymətli eksponatları, o cümlədən qızıl və gümüş bəzək əşyalarını, xalçaları, kilimləri, şəddələri, farmaşları və milyardlarla dəyəri olan başqa maddi mədəniyyət nümunələrinimənimsəyiblər.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib. 2018-ci ildə də münaqişənin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində heç bir nəticə əldə olunmayıb. Danışıqlar dialoq təşəbbüslərinin tam mənasız olduğunu göstərir.

Odur ki, biz tələb edirik: bütün işğal olunmuş ərazilər, Dağlıq Qarabağ və ətraf 7 (yeddi ) rayon eyni vaxtda Azərbaycana qaytarılsın, həmin ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa edilsin. Azərbaycan hakimiyyəti bu tələbin yerinə yetirilməsi üçün Ermənistana az bir müddətə qədər vaxt versin, bu vaxt ərzində tələb yerinə yetirilmədiyi halda torpaqlarımızın azad edilməsi üçün işğalçı Ermənistana qarşı beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinin 51-ci maddəsinəuyğun olaraq azadlıq müharibəsinə başlasın."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar