Xəbər lenti
Afət Viləşsoy:"Gözlərimdən filmtək kadrlarda keçir addımların yallı-yallı..." -ŞEİRLƏR

"...Evini uzaq salma-
-bir də gördün, gəlmişəm..."
Manevr.az Afət Viləşsoyun yeni şeirlərini təqdim edir:
BİR DƏ GÖRDÜN...
Ayaqlarım sözə baxmır
Hərdən də ki yerimir.
kabusum gecə boyu
maddım tavandan baxır,
Gündüz boyu kirimir.
Eşq qəzavü-qədərdi,
Başıma yava gəlib.
Keçər-qəzov havadı.
Başıma hava gəlib.
Uzaqdan sevənlərin
Neçəsinə gülmüşəm,
Evini uzaq salma-
-bir də gördün, gəlmişəm.
YANIMDAN KEÇİRSƏN
Ömrümdən qatar-qatar keçir xatirələrin
taq-taraq-taq-taq-taraq...
Yanımdan sakit keçirsən...
Yuxumdan keçir söhbətin
davalı-davalı,
Gözlərimdən filmtək kadrlarda keçir
addımların yallı-yallı...
Yanımdan sakit keçirsən.
Ürəyimdən keçirsən
Elə ürəyimdən keçirsən...
Qəlbimin səsi kimi.
Gözləri boşluqda kimi
Baxışları küt keçirsən.
Elə bil, ürəyimdən keçən adam deyilsən-
Yanımdan sakit keçirsən...
Afət Viləşsoy
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































