Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əflatun Amaşov erməni deputatın cavabını verdi –ŞƏKİL

Tarix: 18-09-2019 21:14     Baxış: 3166 A- / A+
Əflatun Amaşov erməni deputatın cavabını verdi –ŞƏKİL

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Türkiyənin Giresun şəhərində keçirilən 53-cü iclasında çıxış edib.

Manevr.az xəbər verir ki, Ə.Amaşov çıxışında Azərbaycanda aparılan vergi siyasətinin xüsusiyyətlərindən söz açıb, bu sahədəki islahatların müxtəlif detallarına diqqət çəkib. Deputat bildirib ki, ölkənin artan inkişafı xaricdən yeni investorların cəlb edilməsini şərtləndirir. Bu proses isə daha əlverişli vergi mühitinin yaradılmasını qaçılmaz reallığa çevirməkdədir. Azərbaycan dövləti siyasətini məsələyə məhz mövcud kotekstdən baxmaqla qurur, təbii ki, yerli investorların da maraqları nəzərə alınır.

“Əldə edilən uğurlara baxmayaraq, nəzərə almaq lazımdır ki, Azərbaycanın vergi sistemi yenidən qurulur”, – deyən Ə.Amaşov ölkəmizin bu sahədəki beynəxalq əməkdaşlığının gözlənilən perspektivlərinə də diqqət çəkib.
Deputat həmçinin Ermənistan parlamenti sədrinin müavini Vahe Enfiajyanın çıxışında səsləndirdiyi fikirlərinə də münasibət bildirib:

“Ermənistan nümayəndəsi siyasi məsələdən söz açdı. Ümumən belə deyim: mənim və ölkəmin mövqeyi bundan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Yüz minlərlə insanımız öz yurd-yuvasından qovulub. Minlərlə insanımız qətlə yetirilib. Azərbaycan tərəfi hazırda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. Əgər bu alınmasa, torpaqlarımızı güc yolu ilə geri qaytarmaq haqqını özümüzdə saxlayırıq. Tam əmin olun ki, zərurət yarandığı təqdirdə, bu haqdan istifadə ediləcək”.

Qeyd edək ki, Ermənistan parlamenti sədrinin müavini V.Enfiajyan çıxışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin bir neçə ay öncə Bakıda keçirilmiş sessiyasında Qarabağın Azərbaycan torpağı olmasına dair fikirlərin səslənməsini yolverilməz adlandırıb.

Manevr.az
Əflatun Amaşov erməni deputatın cavabını verdi –ŞƏKİL

Əflatun Amaşov erməni deputatın cavabını verdi –ŞƏKİL



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar