Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Bu təhsil müəssisələrinin direktorlarının maaşı artırıldı - RƏSMİ

Tarix: 11-09-2019 08:20     Baxış: 4229 A- / A+
Bu təhsil müəssisələrinin direktorlarının maaşı artırıldı - RƏSMİ

Nazirlər Kabineti “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının, direktor müavinlərinin, baş mühasiblərinin və dərs hissə müdirlərinin aylıq vəzifə maaşları artırılıb.

Beləliklə, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 manatdan 660 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 495 manatdan 595 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 440 manatdan 530 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar