Xəbər lenti
İsgəndər Həmidov ürək əməliyyatından çıxdı – “Gülhanə”dən ŞƏKİL

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidov sentyabrın 6-da Türkiyənin “Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.
Manevr.az-ın məlumatına görə, bu barədə İ.Həmidovun hərəkat yoldaşları sosial şəbəkədə xəbər veriblər. Məlumata görə, İsgəndər Həmidovun əməliyyatı uğurla başa çatıb və hal-hazırda özünü yaxşı hiss edir.
Xatırladaq ki, İ.Həmidov bir müddət öncə vəziyyəti pisləşdiyindən əvvəlcə Bakıdakı xəstəxanalardan birində müalicə almış, sonra Türkiyəyə aparılmışdı.
O zaman türk həkimlər böyrəklərində və onurğasında yaranmış problem üzündən sabiq nazirin ürəyində əməliyyat aparmağa icazə verməmişdilər.
İ.Həmidovun bu ayın təxminən 10-15-i arası Azərbaycana qayıdacağı gözlənilir. Sentyabrın sonunda Azərbaycan Xalq Hərəkatının ilk qurultayının keçirilməsi planlaşdırılıb.(modern.az)
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar