Xəbər lenti
ŞAD XƏBƏR -190 manat üçün yenidən müraciət edə bilərsiniz

190 manat birdəfəlik ödəmə ilə bağlı əsassız şəkildə rədd cavabı alan vətəndaşlar yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.
Bunu millət vəkili Vüqar Bayramov "ATV Qərargah" proqramında açıqlayıb.
Məsələ ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verən deputat bildirib ki, bunun üçün nazirliyin elektron poçtuna və ya məktub vasitəsilə şikayət ərizəsi göndərilə bilər: "Məsələn, şikayətlər eşidirik ki, bir vətəndaşın adına avtomobil yoxdur və heç vaxt olmayıb. Lakin ona 190 manat sosial müavinət təyin edilməyib. Ola bilsin ki, bu, texniki problem ucbatından baş verib. Bu halda, həmin vətəndaş nazirliyə yenidən müraciət etməlidir. Baxmayaraq ki, artıq birdəfəlik ödənişlərin təyin edilməsi üçün qeydiyyat tarixi bitib, əsassız rədd cavabı alanlar yenidən müraciət edə bilərlər", - V.Bayramov bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar