Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda məktəbə gedəcək uşaqların 96 faizi artıq 1-ci sinfə qəbul olunub

Tarix: 30-08-2019 09:51     Baxış: 4223 A- / A+
Bakıda məktəbə gedəcək uşaqların 96 faizi artıq 1-ci sinfə qəbul olunub


Bakıdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizi yerinə yetirilib.

Manevr.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən trend-in sorğusuna cavab olaraq bildirilib ki, avqustun 28-nə (saat 17:30) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 47 172 sorğu yerləşdirilib.

Onlardan 44 038-i ümumi təhsil məktəblərini, 3 134-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizindən çoxdur.

Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar