Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Aktrisa səs-küylü intim səhnədən danışdı: "Rejissor tələb etdi, oynadım..."

Tarix: 12-02-2024 17:48     Baxış: 3284 A- / A+
Tanınmış aktrisa Şəhla Əliqızı "Apatiya" filmindəki səs-küy yaradan səhnəsindən danışıb.
Manevr.az-ın xəbərinə görə, aktrisa teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Filmə ümumi reaksiyalar yaxşıdır. Bir çoxları filmi bəyəndiyini vurğuladı və məni təbrik etdilər. Sosial şəbəkədəki tənqidi şərhlərə gəlincə, heç birinə baxmıram.
Filmdə bir aktrisa kimi, obrazımı filmin rejissoru Hikmət Rəhimovun tələbinə uyğun oynamışam. Aktyor hər səpkidə obraz oynaya bilər.
Əslində, bu səhnə haqqında danışmaq və çox müzakirə aparılmasını istəmirəm. Filimdə görülməsi, üzərində düşünülməsi lazım olan bir çox problemlərimiz var. Bu səhnənin kölgəsində o problemlərin gözardı edilməsini istəmirəm. Əsas üzərində düşünülməli olan o problemlərdir - cəhalət, erkən nikahlar, narkomaniya, ailədə kişi modelinin öz məsuliyyətini yerinə yetrilməməsi, övladların yanında daim münaqişə etməsi, nalayiq sözlər işlətməsi, ailə daxilində naqis tərbiyə, kökündən pozulmuş bir insan yetişdirilməsi... Məncə, birinci növbədə bunlar vurğulanmalıdır.
Cəsarət deyirsiniz, indiki zamanda aktrisaların heç biri makiyajsız, eybəcər çəkilmək istəmirlər. Niyə bunu vurğulamırlar? Dövrümüzün cəsarət dediyi qavrayış elə budur. Səhnə tələb edirsə, oynamaq lazımdır. 22 ildir bu sənətdəyəm. Belə bir təcrübə dünya praktikasında da var".
Qeyd edək ki, Azərbaycan kinosunda ilk dəfə "Apatiya" filmində masturbasiya görüntüləri yer alıb. Bu səhnəni aktrisa Şəhla Əliqızı canlandırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar