Manevr.az axsam.az-a istinadən xəbər verir ki, müğənni "Təsir dairəsi" verilişində qonaq olarkən məsələyə münasibət bildirib:
Proqramın aparıcısı Lalə Azərtaş ondan "Ağzını tikim" sözü niyə misrada yer almalıdır" deyə, soruşub. Həmçinin, aparıcı Elzaya şeirlərini anlaya bilmədiyini deyib. İfaçı onun sualını belə cavablayıb:
"Mən heç vaxt açıqlamıram. Ramiz Rövşənin "Dünyanın tfu üzünə" misraları (red. "Dərd" şeirində) var. Soruşaq ondan ki, "tfu" sözünü niyə demisən. O, bizim şairimizdir. Mən onu təhlil edirəm, müqayisə aparmıram. İndi mən də deyim ki, Məhəmməd Füzuli şeirlərində nə demək istəyib?".
Elza fikirləri ilə razılaşmayan verilişin qonaqlarına əsəbiləşib və onlarla mübahisə edib:
"Ətin kəfini" misal göstərirsiniz. O şeirimi rus dilinə tərcümə ediblər. "Qazanım aşdı, kəfini yedim", bilirsiniz nədir? Kasıbın necə kasıb olmağıdır. Varlı qazan aşanda yeyir. Kasıb isə kəfini də, içini, dibini də yeyir, deşir də. Kəfkir çıxır qazandan və o deşikdən röyaya baxır, həsrətini çəkir varlı evlərin. Siz onun fəlsəfəsini tapmalısınız. Mən nə edim ki, siz beyninizi düşündürmürsünüz.
Kəfkiri Füzuli yox, Elza yazıb. Seyid Əzim Şirvanini məsciddə öldürdülər. Mikayıl Müşfiqi 29 yaşında sizin kimi düşünən insanlar güllələtdirdilər. Füzuli o vaxt kasıbçılıqdan vəba xəstəliyinə görə özünə dərman da ala bilməyib".
Elza L.Azərtaşın "Bəlkə siz bəzi kütlənin dilini tuta bilmədiyiniz üçün anlaşılmırsınız" sualına isə belə reaksiya verib:
"Dilinizi çoxdan tutmuşam. Dartıb çıxartmışam da boğazınızdan. İndi o dillər nə gəldi danışırlar".