Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Psixoterapevtdən maraqlı TƏKLİF: “Qızların universitetə imtahansız qəbul olmaları təmin olunsun”

Tarix: 11-02-2022 12:35     Baxış: 4167 A- / A+

“Düşünürəm ki, qızlar üçün ali təhsil müəssisələrinə qəbulda abituriyent imtahanları aradan qaldırılsın. Bütün qızlar universitetə maneəsiz qəbul olsunlar, sonrakı proses sonranın işi olsun. Əsas odur onların dünyagörüşləri formalaşsın”.
Manevr.az xəbər verir ki, bu sözləri Psixoterapevt Elmir Əkbər AzTV-nin efirində qonaq olarkən deyib.
O bildirib ki, bəzi ixtisaslar istisna edilə bilər:
“Ola bilər ki, Tibb Universitetinə, ali təhsil müəssisələrində hüquq fakültələrinə imtahanlar saxlanılsın. Amma bakalavr təhsili bütün qızlar üçün tətbiq edilsin. Eyni zamanda 9-cu sinifdən məktəbdən çıxarılma praktikası qanuni baxımdan aradan qaldırılsın. Çünki istəsək də, istəməsək də 4 il bakalavr təhsili alan qızlar təhsil müəssisələrinə gedib-gələn zaman hansı səviyyədə oxumalarından asılı olmayaraq özünü dərk etməsi artacaq. Şəxsiyyət kimi formalaşacaq, dünya görüşünü artıracaq”.
E.Əkbər onu da qeyd edib ki, Avstriyada abituriyent imtahanı yoxdur, lakin orada savadsız mütəxəssislərə də rast gəlmək mümkün deyil./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar