Xəbər lenti
Məktəb direktorundan 14 yaşlı şagirdə əxqlaqsız təklif: "...sinəni aç baxım" - İDDİA (video)
"Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayev mənim 8-ci sinif şagirdi olan 14 yaşlı qızım Aytaca (ad şərtidi) əxqlaqsız hərəkətlər təklif edib.
Manevr.az-ın elektron poçtuna Ucar rayonu Pirkənd kənd sakini, 3-cü qrup gözdən əlil Zamin Həsənov (ad və soyad şərtidi) tərəfindən müraiət daxil olub. Sözügedən məktubu kiçik redaktə və ixtisarla təqdim edirik:
"Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə və Təhsil Naziri cənab Emin Əmrullayevə müracət edirəm.
Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayev mənim 8-ci sinif şagirdi olan 14 yaşlı qızım Aytaca (ad şərtidi) əxqlaqsız hərəkətlər təklif edib. Buna görə Ucar Rayon Polis Şöbəsinə şikayət etmişik.
Belə ki, 2007-ci il tarixdə anadan olmuş qızım Aytac Ucar rayonu Pirkənd kənd ta orta məktəbin 8-ci sinifində oxuyur. 25 may 2021-ci il tarixdə dərsdə olan zaman qızım Aytacı direktor Tapdıq İsayev öz otağına çağırıb. Qızım Aytac direktorun otağına daxil olanda ona deyib ki qapını ört, yaxın gəl. Direktor qızıma deyib ki, valideynlərin kasıbdır, ancaq onlar bilməsin, sənin oxumağına mən kömək edəcəm, sənə yaxşı qiymətlər yazdıracam, ali məktbə daxil olmağına köməklik göstərəcəm. Sonra direktor uşağın sinəsinə baxıb gözü ilə işarə edib deyib ki, sinəni aç baxım. Uşaq qorxub, qaçıb gəlib girib sinifə. Sinif müəllimi nə olduğun soruşanda qızım ondan icazə alıb ki, evə gedirəm. Evə ağlaya-ağlaya gəlib, əhvalatı anasına danışıb. Anası deyib ki, bu barədə atana demə, atan onu öldürər.
Hətta məktəbli kiçik oğlum bunu eşidib intihar etmək istəyib. Mən bunu eşidib sarsıntı keçirdim. Qoca atam mənə yalvardı ki, özünü ələ al, səbirli ol. Atam direktoru görüb ona sözün deyib, onun üzünə tüpürüb. Hərçənd ki, o etdiyi əxlaqsız hərəkti boynuna almayıb.
Biz Ucar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişik. Polis rəisi əvəzi İlham müəllim məni də, azyaşlı qızımıda çağırıb dindirdi, izahat aldırıb.
Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədovun bu barədə məlumatı olsa da heç bir tədbir görməyib. Çünki o əxlaqsızlıqla məşğul olan məktəb direktorunun mövqeyini müdafiə edir. Hətta, öz əxlaqsız hərəkətlərini sığortalamq üçün direktor Tapdıq İsayev məktəbin müəllimlərini də onu müdafiə etməyə məcbur edir. Mənim qızım Aytac dərslərini yaxşı oxuyan, savadlı və sağlam uşaqdır.
Əxlaqsızlıqla məşğul olan 60 yaşlı Tapdıq İsayevin məktəbdə direktor vəzifəsində işləməsi Azərbaycan təhsilinə ləkədir. Belə əxlaqsızın yeri zindan olmalıdır. Onun hazırda da bu vəzifədə qalması biabırçılıqdır. Bu hadisə bütün kəndi şoka salıb.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə və Təhsil Naziri cənab Emin Əmrullayevə müracət ünvanlayıb xahiş edirəm, şagirdə əxlaqsız hərəkət təklif etdiyi üçün Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayevin barəsində qanunu və ciddi tədbir görəsiniz."
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar