Xəbər lenti
Azərbaycanda 16 yaşlı tələbə qız sevgilisi ilə QOŞULUB QAÇDI - ŞƏKİL
Azərbaycanda 16 yaşlı kollec tələbəsi təhsilhaqqını ödəmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Manevr.az sonxeber.az-a istindən xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində qızı Lamiyə Əzizovanı axtaran ana deyib.
Ana bildirib ki, Lamiyə martın 29-u evdən çıxıb, amma bu günə qədər ondan xəbər yoxdur: "Lamiyə kollecdə oxuyur. Bizə dedi ki, gedirəm nənəmdən 50 manat alıb, təhsilhaqqını ödəyim. Saat 5-ə kimi Qara Qarayev metrostansiyasının yaxınlığındakı ətir mağazasında qızlarla birlikdə olub. Lamiyə o mağazada işləmək istəyirdi. Amma atası ilə biz icazə vermədik. Sonra Koroğlu metrostansiyasına gəlib, Nadir adlı oğlana zəng edib. Oğlan da onu orada gözləyirmiş. Qızlar dedi ki, 3 aydır ki, Lamiyəni Nadir kollecə aparıb, gətirirdi. Nadirdən mənim xəbərim olmayıb. Qızım çox yaxşı övlad idi. Lamiyə üçün çox narahatıq".
Aparıcı bildirib ki, Lamiyə tapılıb.
Verilişə zəng edən Lamiyə peşman olduğunu söyləyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar