Xəbər lenti
Banklar Elman Rüstəmovun göstərişi ilə istehlakçı hüquqlarına qadağa qoyub
“Kapitalbank” da Beynəlxalq Bank kimi xidmətdən imtina edir
Bank sahəsində istehlakçıların hüquqlarının qorunması Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) həvalə edilib. Di gəl, istehlakçıların hüquqlarının müdafiəsi əvəzinə, AMB müştərilərin hüquqlarını pozmaqda ad çıxarıb.
Valyuta dəyişməyə 11 aydır “limit qadağası” qoyulması, yalnız saat 14-ə kimi valyuta əməliyyatlarına icazə verilməsi kimi kobud hüquq pozuntuları buna misaldır. Biz hələ müştərilərin qapıdan içəri sorğu -sualla buraxılmasını, saatlarla növbələrdə çöldə ayaq üstə saxlanılmalarını demirik. Nə yazıq, banklar hüquq mühafizə orqanlarını da, konkretləşdirsək, bankın mühafizəsinə cavabdeh olan mühafizə polisini də qanunsuzluqlarına ortaq edib.
Ötən ilin 30 dekabrında Beynəlxalq Bankın Nizami filialının Qarabağ qazisinə xidmət göstərməkdən imtinasına hələ də hüquqi qiymət verilməyib. Bankın Günel adlı xanım kassiri “daimi doğma” müştərilərini növbədən və limitdən kənar yola salıb, xaricdə müalicəyə ehtiyacı olan , növbədənkənar xidmətə haqq edən 1-ci dərəcəli Qarabağ qazisinə limiti 300 dollar keçməsi qərəzi ilə xidmətdən imtina etmişdi. Filial müdiri isə kassir xanımın qışqırmasından necə “kontuziya” almışdısa , Qarabağ qazisinin 300 dolları ilə ölkənin valyuta ehtiyatlarının tükənəcəyini AMB-nin qanunsuz göstərişi ilə “əsaslandırıb” , mühafizə polisini “şilləvuranlıq missiyası”nı yerinə yetirməyə yönləndirmişdi. “Şilləvuranlıq haqqı”ndan görəvini unudan mühafizə çavuşu “Polis haqqında” qanunun tələblərini də unudaraq nə özünü təqdim edib, nə də karantin rejimi qaydalarının pozulmasına qiymət verib. Hətta DİN -in zabit Qarabağ qazisinə generalı bankdan qovması ilə “təskinlik verib” . Xidmətdən imtinadan stress keçirib 15 gün qospitalda reanimasiyada həyata qaytarılan qaziyə DİN Baş Mühafizə İdarəsinin rəis müavini yazıb ki, “xüsusatlar tövsiyə xarakterli olub” . Mərkəzi Bankdan, Beynəlxalq Bank rəhbərliyindən telefonla tədbir görüləcəyi bildirilsə də , hələ də rəsmi cavab yoxdur. Güman ki, ki, məhkəmə yolu ilə cavab verilməsi təmin olunar. Amma buna güman azdır. 5 il qabaq Qarabağ qazisinin Prezident təqaüdünə 6 ay blok qoyan “Kapitalbank”a qarşı iddianı Nizami məhkəməsinin hakimi Fikrət Mirzəyev necə “itiribsə” hələ də tapılmır.
“Kapitalbank”dan söz düşmüşkən, 03.02.2021-ci ildə saat 12 radələrində bankın Bəhruz Nuriyev küçəsində yerləşən Nizami filialına girişə ,həmişəki kimi ,polis qadağa qoyub ki, valyuta yoxdur (?) Bunun polisin işi olmadığını deyəndə isə bankdan ona belə göstəriş verildiyini deyən mühafizə polisi Qarabağ qazilərinə hər zaman yolun açıq olduğunu vurğulayıb. Nömrə götürüb kassaya şəxsiyyət vəsiqəsini təqdim edən qaziyə limiti keçdiyi bildirilib. Müştəri gəlirlərinin mənbəyini pensiya , təqaüd kartlarını təqdim etsə də, bank “arayış” deyib durub. Kartların elə “Kapitalbank”a aid olması da yardıma çatmayıb. 10.03.2020 tarixindən bir il müddətinə 20 min manata uyğun valyuta limitinin keçilməsinin xidmətdən imtinaya əsas olduğu bildirilərək Qarabağ qazisindən “gəlir deklarasiyası” tələb edilib. Bunun qanunsuz olduğunu deyəndə isə Elman Rüstəmovun göstərişinin qanundan üstün olduğu vurğulanıb. Nə yaxşı, filial müdiri “Kapitalbank”ın verdiyi kartlardan çıxarışla qazinin gəlirlərinin müəyyən edilməsinə göstəriş verib və bu çıxarış əsasında cüzi valyuta dəyişmək mümkün olub.
“Paşabank”dan jurnalist sorğumuza cavab olaraq bildirilib ki, VALYUTA MÜBADİLƏSİNƏ HEÇ BİR MƏHDUDİYYƏT QOYULMAYIB. Sadəcə olaraq, 10.03.2020 tarixindən VALYUTA MÜBADİLƏSİ EDİLƏCƏK ANADƏK MÜŞTƏRİ ARTIQ 20 MİN MANAT VALYUTA MÜBADİLƏSİ EDİBSƏ, NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİYİ ZAMAN MÜBADİLƏ EDƏCƏYİ MƏBLƏĞİN MƏNBƏYİNİ TƏSDİQ EDƏN SƏNƏD (SOF) TƏQDİM ETMƏLİDİR. VƏSAİTİN MƏNBƏYİ QİSMİNDƏ MÜŞTƏRİNİN ƏMƏK HAQQI, TƏQAÜDÜ, SAHİBKAR OLDUĞU HALDA MƏNFƏƏTİ və s. GÖSTƏRİLƏ BİLƏR” Bu cavabdan göründüyü kimi, söhbət gəlir deklarasiyasından yox, sadəcə, gəliri təsdiq edən AÇIQLAMADAN gedir. Deklarasiya , bəyannamə özü də konkret gəlir arayışı yox, sözlə ifadə olunan açıqlama deməkdir.
İstənilən halda, sözügedən limitin əlillərə tətbiq edilməsi yolverilməzdir. Bəlkə hansısa xeyriyyəçi xaricdə müalicəyə ehtiyacı olan əlilə, qaziyə, xəstəyə yardım edib! Bunu sənədlə necə təsdiq etsin, xaricdə müalicəyə ehtiyacı olan müştəri? ! Bank (lar) qazilərə yardım etmək yerinə, cüzi məbləği dəyişməyə də qadağa qoyur?
AMB -nin sədri Elman Rüstəmov 450 milyon manatlıq bank ofisini öz vəsaiti ilə tikəcəyini bildirir. Bu “öz vəsaiti”nin yüz milyonda birinin valyutaya dəyişdirilməsi bank (binasının) çöküşünə gətirər?
Məğrur Bədəlsoy
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar