Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vətəndaşların əmanətlərini qaytarmayan banklar təftiş edilir - CİDDİ CƏZALAR GÖZLƏNİLİR

Tarix: 15-01-2021 17:33     Baxış: 4169 A- / A+
Azərbaycanda vətəndaşların əmanətlərini qaytarmayan banklar təftiş edilir - CİDDİ CƏZALAR GÖZLƏNİLİR


Kommersiya banklarında ciddi yoxlamalara start verilib. Xüsusilə də, müflis elan edilən, vətəndaşların əmanətlərini qaytarmayan banklar hərtərəfli təftiş edilir.

Bank sektorundan modern.az-a daxil olan məlumata görə, yoxlamalarda əsas məqsədlərdən biri də bank sektorunun çökməsinə səbəb olan məqamları araşdırmaqdır. Bu məsələdə təqsiri olanları ciddi cəza gözləyir.

Mənbə bildirir ki, araşdırmalar zamanı ən sıravi işçidən tutmuş rəhbər şəxsə qədər hamının fəaliyyəti yoxlanılır.

Məsələ burasındadır ki, bu günə qədər bankların iflasına səbəb olanlar cəzasız qalır, əhaliyə dəyən ziyan dövlət tərəfindən ödənilirdi.

Daha əvvəl məlumat vermişdik ki, hökumət tərəfindən banklarla bağlı hazırlanan yeni qanun layihəsində bu məqamlar nəzərə alınacaq və bankın iflasına səbəb olacaq şəxslər məsuliyyətə cəlb ediləcək.

Qanun geriyə şamil olunmasa belə, ümumilikdə banklara nəzarət gücləndiriləcək, bank fəaliyyətində şəffaflıq artırılacaq, vətəndaşların bank hesabatlarına əlçatanlığı təmin olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar