Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ovçu minlərlə kilometr məsafə qət edən hava şarındakı arzunu həyata keçirdi -ŞƏKİLLƏR

Tarix: 14-01-2021 07:40     Baxış: 3133 A- / A+
Ovçu minlərlə kilometr məsafə qət edən hava şarındakı arzunu həyata keçirdi

Ovçu meşədə gəzərkən içərisində məktub olan şar tapıb. Kağızda dörd yaşlı ekiz bacıların Milad arzuları olub. Bunu oxuyan Luiziana sakini “elf” rolunda onları həyata keçirmək qərarına gəlib.

“People”nin məlumatına görə, nağıllara bənzəyən hadisə ştatın Grand Keyn məntəqəsinin yaxınlığında baş verib.

Məktubdan aydın olur ki, Luna və Canella bacıları Şaxta babaya məktubu 2020-ci ilin dekabr ayında yazıblar. Onlar şarın içinə şəkillərini də qoyublar.

Yanvar ayında ova çıxan Elvin Bamburq bu şarı tapıb. O, “Facebbok”da bununla bağlı paylaşdığı mesajında deyir:

“Nə vaxt göndərildiyini bilmək istərdim. Görünən budur ki, min kilometr məsafə qət edib”.

İstifadəçilərin köməyi ilə Flores-Qonzalez ailəsi tapılıb. Ovçu isə qızların xəyallarını reallaşdırmağa qərar verib.

Luna konfet, “Hörümçək Adam” topu, “Soyuq ürək” cizgi filminin qəhrəmanı olan gəlincik, küçük və “My Little Pony” oyuncağı, Canella isə konfet, stikerlər, çiçəklər, sırğalar və “My Little Pony” oyuncağı istəyib.

Uşaqların anası Letisiya Flores-Qonzalez “Facebook”da Luna və Canelleyə inanılmaz tapıntı barədə danışdığını və qızların indi Elvin adlı bir “elf”in “Santanın əlindən saldığı məktubu taparaq, onların arzusunu yerinə yetirdiyini” düşündüyünü deyib. oxu.az

Manevr.az

Ovçu minlərlə kilometr məsafə qət edən hava şarındakı arzunu həyata keçirdi
Ovçu minlərlə kilometr məsafə qət edən hava şarındakı arzunu həyata keçirdi
Ovçu minlərlə kilometr məsafə qət edən hava şarındakı arzunu həyata keçirdi
Ovçu minlərlə kilometr məsafə qət edən hava şarındakı arzunu həyata keçirdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar