Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Təkcə mən yox, hamı təəccüblənir ki, Azərbaycan bu qədər az itkilər hesabına qələbəyə nail olub”

Tarix: 05-12-2020 06:47     Baxış: 3160 A- / A+
"Təkcə mən yox, hamı təəccüblənir ki, Azərbaycan bu qədər az itkilər hesabına qələbəyə nail olub”

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların yalnız partizan əməliyyatlarında az-çox səmərəli iştirak etməsinə imkan verir. Buna görə də onlar Azərbaycana gərək deyildilər.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu sözləri “Vzqlyad” qəzetinə müsahibəsində deyib.

Ekspert vurğulayıb ki, guya birinci olaraq hücuma keçən suriyalı döyüşçülərin özlərini güllə qabağına atması - erməni təbliğatının uydurmasıdır.

İ.Korotçenko İkinci Qarabağ müharibəsindəki itkilər barədə Bakının məlumatına şübhə etmir:

“Müharibə başa çatıb və bu rəqəmləri gizlətmək Azərbaycana artıq gərək deyil. Əgər müharibənin xüsusiyyətini, istifadə olunan silah-sursatı nəzərə alsaq, itkilər çox aşağı olub. Təkcə mən yox, hərbi sahə üzrə olan başqa mütəxəssislər də təəccübləniblər ki, Azərbaycan tərəfi bu qədər az itkilər hesabına qələbəyə nail olub”.

Onun fikrincə, Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qoruması bir neçə amil sayəsində mümkün olub. Birincisi, Bakı ən müasir silahlanma növlərindən, xüsusən zərbə pilotsuz uçuş aparatlarından fəal istifadə edib. Onların sayəsində Azərbaycan Ordusu əvvəlcə ermənilərin müdafiə xəttinə şiddətli və yüksəkdəqiqlikli artilleriya və hava zərbələri endirib, yalnız bundan sonra piyada bölmələri döyüşə qoşulub. İkinci, strateji amil isə əsas zərbənin istiqamətinin uğurla seçilməsidir.

İ.Korotçenko deyib: “Ermənilər gözləyirdilər ki, əsas zərbə mərkəzdə, Ağdam şəhəri istiqamətində, yaxud da birbaşa bütün təmas xətti boyunca endiriləcək. Azərbaycan əsas zərbəni cənubda endirdi, orada müdafiə xəttini yardı və dayanmadan irəliyə - şimala doğru, Şuşa şəhərinə çatanadək hücuma keçdi. Şuşanın süqutundan sonra isə, məlum olduğu kimi, tərəflər Rusiyanın vasitəçiliyi ilə döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gəldilər”. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar