Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu gün işğaldan azad olunan kəndlərin adlarının mənası

Tarix: 15-10-2020 22:54     Baxış: 4234 A- / A+
Bu gün işğaldan azad olunan kəndlərin adlarının mənası

Bu gün Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Uzun müddət işğalda qalan bu kəndlərin adlarını gənc nəsilin böyük qismi ilk dəfədir ki, eşidirlər.

Manevr.az teleqraf.com-a istinadən azad olmuş kəndlərin adlarının (toponimlərin) mənşəyi və izahını təqdim edir.

Füzuli rayonu üzrə;

Arış kəndi - Qədim türkcədə arıs-arış hissə, qol mənasını verir.tayfanın 1 qolu və ya hissəsi. Gədəbəydə Arışlı kəndi, Qubada Arısküş kəndi, Başqırdıstanda Arış kəndi qeydə alınıb.

Cəbrayıl rayonu üzrə;

Doşulu kəndi- Azərbaycanın cənub hissəsindən gəlib burada məskən salmış Doşu və Gəybəy qardaşlarının adı ilə adlandırılıb.

Xocavənd rayonu üzrə;

Edişə kəndi - Türk qıpçaq tayfaları olan edişəlilər indiki Cəlilabad, Xocavənd eləcə də Şimali Qafqazda,Gürcüstan və Qarsda məskunlaşıb. Adları çəkilən ərazilərdə Edişə adlı kəndlər mövcuddur.

Düdükçü kəndi - Bu ərazilərdə türk soylu Düdükçü nəslinə aid ailələr məskən saldığına görə belə adlanır.

Edilli kəndi - Türkdilli qıpçaq tayfalarının 1 qolu olan Edlər bu ərazilərdə eləcə də Qars və Göyçə mahalında məskunlaşıblar. "Ed eli" mənasını verir. Qars və Göyçədə Etil adlı kəndlər mövcud olub.

Çiraquz kəndi - Çıraq türk tayfalarının yaşadığı məskən. Qafqaz və orta Asiyada Çıraqlar, Çıraqlı adlı kəndlər mövcuddur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar