Xəbər lenti
Özbəkistanda tezliklə hicab qadağasının ləğv ediləcəyi bəlli oldu...
Tezliklə Özbəkistanda ictimai yerlərdə hicab geyinilməsi ilə bağlı rəsmi qadağa ləğv edilə bilər.
Manevr.az Moderator.az istinadla xəbər verir ki, bu barədə mediaya deputat Rəsul Kuşebayev bildirib.
Özbəkistan parlamentinin qanunverici palatası ilk oxunuşda “Vicdan azadlığı və dini təşkilatlara dair” qanuna dəyişikliklər və əlavələrin edilməsi haqda qanun layihəsini qəbul edib. Yeniliklər vətəndaşların ictimai yerlərdə dini geyimlə hərəkətinə olan qadağanın ləğvini də nəzərdə tutur.
Layihədə hicabla bağlı qanunla yanaşı, bu dəyişikliklər də təklif olunur:
– Hər bir insanın dini təsisatlarda peşəkar təhsil almaq hüququ, həmçinin valideyn və ya qəyyumların öz övladlarına dini təcrübə və etiket qaydalarına öyrətmək hüququ (ev təhsili);
– Dini təşkilatların məsul şəxslərin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı məhkəməyə müraciəti zamanı onların dövlət rüsumunun ödənişindən azad edilməsi;
– Dini təşkilatların qeydiyyatı prosesində ictimaiyyətin iştirakının ləğvi;
– Yerli dini təşkilatın qeydiyyatı üçün lazım olan şəxslərin sayının 100-dən 50-yə salınması.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar