Xəbər lenti
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?
"Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Deyilənə görə, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək.Manevr.az bildirir ki, "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsələ ilə bağlı Oxu.Az-a danışıb.
"Birmənalı olaraq vurğulayıram ki, bu, tamamilə əsassız və yanlış məlumatdır, dezinformasiyadır. "Sədərək" Ticarət Mərkəzi hələ də öz fəaliyyətini davam etdirir, işlər əvvəlki qaydada gedir. Sahibkarlara və ictimaiyyətə müraciət edirəm ki, narahatlığa əsas yoxdur".
K.Qədim əlavə edib ki, yayılan məlumatlar sahibkarlar və ictimaiyyət arasında çaşqınlıq yaradıb.
"Binə" Ticarət Mərkəzində çalışan sahibkarlardan biri sorğumuza cavab olaraq bu fikirləri səsləndirib:
"Bizə belə bir tapşırıq verilməyib. Bu haqda məlumatımız da yoxdur".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































