Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO

Tarix: 14-11-2026 11:15     Baxış: 433 A- / A+
Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn və əl yükündə odlu silaha aid patronlar aşkar edilən Samit Bəşirovun məhkəmə prosesi başa çatıb.
Manevr.az xitab24.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.

Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən S.Bəşirov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin ona bir il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında həmin şəxsin əl yükü stasionar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli görüntülər müşahidə olunub. Daha sonra aparılan yoxlama zamanı əl yükündəki ayaqqabının içərisində gizlədilmiş 11 ədəd patron aşkar edilib.
Ekspertiza nəticəsində patronların zavod üsulu ilə istehsal edilmiş, 9x18 mm kalibrli və atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.
Samit Bəşirov məhkəmədə patronların ona məxsus olmadığını bildirib. Onun sözlərinə görə, Moskvada tanımadığı bir şəxs Bakıya göndərilməsi üçün ona bir qutu verib.
Rusiya vətəndaşı olan təqsirləndirilən şəxs, həmçinin Moskvada hava limanında üç gömrük nəzarətindən keçdiyini, lakin heç bir problemin aşkarlanmadığını deyib. O, sonda törətdiyi əməldən peşman olduğunu bildirib.
Qeyd edək ki, S.Bəşirov 2013-cü ildə Pekində keçirilən uşu-sanda üzrə dünya çempionatının qalibi olub.
Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş (FOTO)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar