Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur firmanın içməli suyu natəmiz şəraitdə hazırlanırmış

Tarix: 13-11-2026 21:26     Baxış: 337 A- / A+
Məşhur firmanın içməli suyu natəmiz şəraitdə hazırlanırmış - FOTOAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakının Xətai rayonu, NZS qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Şükür Asif oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda, istehsal sahələrində gigiyenik tələblərin pozulduğu, məhsulların etiketlərində istehsalçı, suyun mənbəyi, istehsal və son istifadə tarixləri barədə məlumatların düzgün qeyd edilmədiyi aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib olunub, qablaşdırılmış məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. 

Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması barədə qərar qəbul edilib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar