Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: “Baydenin Prezidentə məktubu 26 konqresmenə ən yaxşı cavabdır”

Tarix: 05-06-2024 18:51     Baxış: 3159 A- / A+
“ABŞ Prezidenti Co Baydenin Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu iki ölkə arasında münasibətlərin göstəricisi olmaqla yanaşı, Azərbaycanın regionda və dünyadaki yeri və roluna verilən düzgün qiymət idi”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, Baydenin məktubunun əsas məqsədi və məzmunu enerji sahəsində əməkdalıq, həmçinin, Azərbaycanın bu sahədə əhəmiyyətli roluna həsr olunsa da, hazırda Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarına rəsmi Vaşiqntonun rəsmi dəstəyi də qeyd olunur: “Azərbaycan Prezidenti Ermənistanla sülhün əldə edilməsi, regional əməkdaşlığın nəhatəy ki, yaranmasını hər zaman vurğulayır. Ümimiyyətlə, sülh sazişi təkifi də ilk olaraq Azərbaycan tərəfindən irəli sürülüb. Bayden məktubndan hiss olunur ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zamanda imzalanmasında maraqlıdır və bu zaman vasitəçilik təklifi ilə çıxış etmir. Vaşinqton öz vasitəçiliyini önə çəkməkdən daha çox, Azərbaycan və Ermənistanın kənar vasitəçi olmadan öz aralarında danışıqları aparmasının tərəfdarıdır”.
A.Məmmədovun sözlərinə görə ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidentinə ünvanladığı etimad dolu məktubu bu günlərdə Azərbaycana qarşı bədnam addımlara təşəbbüs edən 26 amerikalı konqresmenə cavab da saymaq olar: “535 nəfər üzvü olan ABŞ Konqresinin cəmi 26 nəfərlik heyətinin Azərbaycanın COP29-a sədrliyinə qarşı əsassız ittihamları elə Ağ Ev tərəfindən cavablandırılmış oldu. Bu məktubun cəfəng olmasını həm Blinkenin, həm də Baydenin Azərbaycana ünvanladıqları mesajlarda aydın görmək olur. Dövlət katibi Blinken ABŞ-ın Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayıb, Prezident Bayden isə tədbirin uğurla keçirilməsində ABŞ-ın Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib. Erməni lobisinin pulları ilə sifarişli şəkildə anti-Azərbaycan fəaliyyətlə məşğul olan həmin 26 konqresmen isə təmsil olunduğu qurumun adına xələl gətirməkdən başqa, nəyəsə nail ola bilməzlər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar