Bakıda “WhatsApp”la qadınları fahişəliyə cəlb edən qadına hökm oxunub. Xəbər lenti
Bakıda “WhatsApp”la qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu
Bakıda “WhatsApp”la qadınları fahişəliyə cəlb edən qadına hökm oxunub. Vüsalə hər dəfə 50 və 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 220 və 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, müxtəlif qadınları tamah niyyəti ilə fahişəliyə cəlb edib.
Müştərilər ondan cinsi əlaqədə olmaq üçün qadın istədikdə Vüsalə fahişəliyə cəlb etdiyi şəxslərin fotoşəkillərini “WhatsApp”la onlara göndərib. Özünün dediyinə görə, həmin şəkillər vasitəsi ilə “ok” edildikdən sonra qadınları müştərinin dediyi ünvana göndərirmiş.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 4000 manat miqdarında cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































