Xəbər lenti
Tibbi-Sosial Ekspert Komissiyası serebral iflicə əlillik vermir - VİDEO

"2011-ci ildə doğulan oğlum Anar Yaşar oğlu Ələkbərov anadangəlmə serebral iflicdir. Bu xəstəliyə görə uşağıma təyin edilmiş əlilliyin müddəti bitdiyi üçün xəstəlik sənədlərini yenidən Tibbi - Sosial Ekspertiza Komissiyasına göndərsək də qanunsuz imtina verilib .Hansıki, övladım Anar heç vaxt sağalan deyil. Onun 12 yaşı olsa da danışa bilmir, əqli geridir. Onun paltarını mən geyindirirəm, mən yuyundurub yeməyini yedizdirirəm. Xəstə övladıma əlillik təyin edilmədiyi üçün dolanışığımız çox ağırlaşıb. Ağır xəstəyə baxdığım üçün işləyə bilmirəm.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət edirəm: 12 yaşlı oğlum Anara əlillik dərəcəsinin verilməsinə köməklik göstərməyinizi xahiş edirəm!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar