Xəbər lenti
Həyət evləri sökülür, parklanma yerləri salınır: Yeni təklif effektli ola bilər?
Nəqliyyat vasitələrinin parklanması şəhər mobilliyinin əsas elementlərindən sayılsa da, bu məsələ ilə bağlı narazılıq bitmir. Son vaxtlar Bakıda parklanma yerləri tapılmır. Maşın sayı o qədər artıb ki, şəhərdə park edilən avtomobillər hər yolun bir zolağını, binaların həyətlərini, səkiləri, ümumiyyətlə mümkün olan bütün yerləri tutub. Yaradılan yeni parklanma yerləri isə ödənişlidir.
Problemin yoluna qoyulması ilə bağlı yeni təklif irəli sürülüb. Bəzi ekspertlərin fikrincə, Bakıdakı həyət evləri sökülüb yerində parklanma yerləri yaradılmalıdı.
Müzakirə yaradan təklifin Bakı üçün nə qədər əlverişli olması sual doğurur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan yol-nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, şəhərsalma və arxitektura qaydalarına görə, hər bir yaşayış, qeyri-yaşayış obyektinin özünün parklanma yeri olmalıdır:
“Parklanma yeri ziyarətçilərin və sakinlərin sayına mütənasib olmalıdır. Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerlərinin təşkil olunması ilə bağlı araşdırma aparılmalıdır ki, hansı səbəbdən, hansı obyektlərin parklanma yerləri mövcud deyil.
Yaxud parklanma yerləri olub, sonradan kimlərsə tərəfindən zəbt olunub. Əgər zəbt olunubsa, həmin parklanma yerləri sahiblərinə geri qaytarılmalı, dövlətindirsə, dövlətə qaytarılmalıdır.
Ondan sonra sahibkarlara da şərait yaradılmalıdır ki, onlar özəl parklanma yerlərini təşkil etsinlər.
Həmçinin dövlət özü də müxtəlif ərazilərdə sökülməli olan həyət evlərinin yerində parklanma yerləri sala bilər.
Əsas odur ki, parklanma yerləri təşkil olunsun. Necə olacağı vacib deyil. Vacib olanı parklanma yerlərinin mövcudluğudur. Bu, məcburi xarakter daşıyır və Dövlət Proqramında da bu barədə əks olunub”. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar