Xəbər lenti
Azərbaycanda körpə uşaq cəlladlarını siz də tanıyın - İDDİA
Demək mənim körpə 4 aylıq Ərtoğrul Burcəliyevim 18 yanvar 2023-cü il tarixində anadangəlmə Faloo Teatrado deyilən ürək qüsurlu olaraq dünyaya gəlmişdi. Həkimlərin məsləhəti ilə xüsusilə 4 ayın içində Bakı Mərkəzi Klinikanın Kardioloq, Pediatrı Vəli Behbudovun nəzarətində olaraq müayinələrdən keçirdi (bütün müayinə sənədləri saxlanılır). Vəli Behbudovun məsləhəti ilə 4 ay 20 gün tamamında körpəmin açıq ürək əməliyyatı olunması məsləhət görüldü.
08 iyun 2023-cü il tarixində Bakı Mərkəzi Klinikanın Baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi (2011), Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin iştirakı ilə 5 saatlıq açıq ürək əməliyyatı olundu. Əməliyyatdan sonra bildirildi ki, əməliyyat uğurla keçib.
10 iyun 2023-cu il təxminən saat 17:30-18:00 radələrində körpənin vəziyyətinin ağırlaşması nəzərə alınaraq Ekzemo ürək aparatına qoşulduğu bildirildi. Təxminən üç gün sonra körpənin kritik vəziyyətdən çıxdığı və aparatdan tam ayrıldığı deyildi və reanimasion tədbirlərin həyata keçirildiyi qeyd edildi. Körpəyə isə bu müddət ərzində həkim, ürək cərrahı Kamran Əhmədov nəzarət edirdi.
14 iyun 2023-cü il gecə saat 23:30 radələrində reanimasiya şöbəsinə zəng edərək körpə ƏRTOĞRULUMUN vəziyyətini soruşdum. Növbətici həkim onun vəziyyətinin lap yaxşı olduğunu dedi. Hətta əməliyyatdan bir neçə gün sonra sonra bütün analiz cavablarının belə normal olduğu deyilmişdi (analiz cavabları saxlanılır).
Təəssüf 15 iyun tarixində təxminən saat 10:30 radələrində körpənin vəziyyətinin yenidən ağırlaşdığı və reanimasion tədbirlər görüldüyü bildirildi. Saat 12:40-da isə korpəmin vəfat etməsi xəbərini verdilər.
İndi sual olunur ki, əməliyyatdan 8 GÜN sonra körpəmi dünyasını dəyişir?
Əgər vəfat edirdisə 5 saatlıq davam edən əməliyyat günü və ya əməliyyat sonrası 3 günü ərzində ağırlaşdığı təqdirdə niyə vəfat etmədi?
Gecəni lap yaxşıdır deyib səhəri 8 gün sonra niyə, niyə axı mənim körpə balam vəfat etdi ?
Hansı həkim diqqətsizliyi və səhlənkarlığı onun dünyadan köçməsinə səbəb oldu?
Bu sualların cavabını mənə professor Kamran Musayev mütləq verməlidir.
Əks halda Azərbaycanda körpə uşaq cəlladlarını siz də tanıyın!
Anar Burcəliev Teatrşünas
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar