Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qəbələ səfəri zamanı Heydər Əliyevə sui-qəsdin qarşısı necə alınıb? - VİDEO - ŞƏKİL

Tarix: 22-02-2023 11:47     Baxış: 3261 A- / A+



90-cı illərdə Azərbaycana ərəb körfəzi ölkələrindəki terrorçu qruplaşmalardan da ciddi terror təhlükəsi var idi.
Manevr.az bildirir ki, bu fikirləri trend-ə BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov söyləyib.
Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda məhzəbçilik çox geniş yayılırdı.
"Radikal vəhabiliklə, radikal şiəliyin ölkəmizdə yayılmasında sanki bir yarış gedirdi. Biz həmin dövrdə ərəb körfəzi ölkələri tərəfindən idarə olunan bir neçə terror qruplaşmalarını, dəstələrini neytrallaşdırdıq. Hansıki, həmin terrorçu qruplar tərəfindən də ölkəmizdə terror aktlarının törədilməsi planlaşdırılmışdı. O cümlədən "Ceyşullah" adlanan terrorçu dəstə var idi, onların rəhbərliyi də neytrallaşdırıldı."
S.Heydərov əlavə edib ki, ulu öndər Heydər Əliyev Qəbələyə səfər edən zaman ona qarşı terror aktı planlaşdırılmışdı.
"Bundan başqa Amerika, İsrail səfirliklərinə terror aktı və aeroportun ələ keçirilməsi planlaşdırılmışdı. 90-cı illərin axırlarında Çeçenistanda vəziyyət çox gərgin idi. Çeçenistanda olan qruplaşmaların ərəb ölkələrindən idarə olunan terrorçu qruplaşmalarla birlikdə ölkəmizə daxil olmaq və Azərbaycanı ələ keçirmək planları var idi. Bütün bunların qarşısı Heydər Əliyevin rəhbərliyi ilə qətiyyətlə alındı", - deyə o qeyd edib.

Məqaləyə dair fotomateriallar:



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar