Xəbər lenti
Deputat: Mediada vəzifəli şəxsin əməkhaqqı nə qədərdir ki, 3500 manat cəriməni ödəyə bilsin?!

Deputat bildirib ki, bu məsələ ciddi şəkildə müzakirə edilməlidir: “İnzibati cərimə ailəni gündəlik tələbat məhsullarından məhrum etməməlidir. Bütün iqtisadçılar hesablayır ki, hazırda Azərbaycanda gəlirin 60%-dən çoxu istehlak mallarının alışına gedir. Ümumiyyətlə aydınlaşdırılmalıdır ki, mediada vəzifəli şəxsin orta aylıq əməkhaqqı nə qədərdir ki, o, 3500 manat cəriməni ödəyə bilsin?!
Reytinqi ölçməməyə görə, 1500 cərimə nə deməkdir? Bu cərimə çoxdur. Məncə, buna görə xəbərdarlıq da yetərlidir. Əvvəl belə olubsa, bunu indi belə qəbul etməməliyik. Bir çox hallarda biz sadəcə, cərimələri artıra-artıra gedirik. Prezident bir tərəfdən pensiyaları, əməkhaqlarını artırır ki, inflyasiyanın qarşısı alınsın, amma biz də cərimələri artırırıq.
Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsində bütün cərimələrə biz baxmalıyıq. Cinayət Məcəlləsində buna getdik, humanizm tətbiq etdik. Amma İnzibati Xətalar Məcəlləsində də buna ehtiyac var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar