Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Azərbaycan ekologiyasına 16 milyard manat ziyan vurub

Tarix: 06-10-2022 14:12     Baxış: 3256 A- / A+

Ermənistan törətdiyi ekoloji cinayətlərə bağlı Azərbaycana 16 milyard manat ziyan dəyib.
Manevr.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib. O bildirib ki, araşdırma zamanı müəyyən edilib ki, uzun müddət işğal altında saxlanılmış ərazilərdə:- Oxçuçay (üzlük daşı), Zəngilan (əhəng xammalı), Vejnəli (kvars-qızıl-sulfid), Şərifan (qum), Xaçınçay dərəsi( şirin su), Əkərəçay dərəsi (şirinsu) yataqları,
- Kəlbəcər rayonu üzrə Çaplı (qum çınqıl), Ağyataq (civə), Söyüdlü (zod-qızıl-sulfid), Qızılbulaq (qızıl-mis-kolçedan), Ağduzdağ (qızıl-nəcib metallar), Heydərə (qızıl) Qərbi Qızılitən və Ağzıbir (qızıl), Tərtərçay (qum-çınqıl), İlyaslı və Çaykənd (qarışıq süxur), Aşağı və Yuxarı İstisu (termal mineral su),
- Cəbrayıl rayonu üzrə Göyərçin Veysəlli (sement xammalı), Soltanlı (qum), Qaracalı (qum), Tuluz (mişar daşı), Hacılı 1 (gəc), Şarakənçəy dərəsi, İnçəçay dərəsi, Cəbrayılçay dərəsi, Çaylaqçay dərəsi, Qozluçay dərəsi, Çaxmaqçay dərəsi (şirin su yataqları),
- Tərtər rayonu üzrə Dəmirli (mis-molibden),Çardaqlı (daş kömür), Suqovuşan-Talış (qarışıq süxur), Qarabağ düzü (şirin su),
- Ağdam rayonu üzrə Abdal-Gülablı (üzlük daş), Şahbulaq, Çobandağ, Boyəhmədli (sement xammal), Qarqarçay 1(qum -çınqıl), Şelli (üzlük daş), Qarqarçay dərəsi (şirin su),
- Şuşa rayonu üzrə Şuşa 1 (əhəng xammalı), Qarqarçay sahəsi, Xankəndiçay sahəsi (şirin su), Turşu (mineral su),
- Füzuli rayonu üzrə Dövlətyarlı (mişar daşı) Quruçay (qum-çınqıl), Mil yatağı (şirin su),
- Xocavənd rayonu üzrə Binə, Hadrut, Tuğ, Məlikcanlı, Edillli (qarışıq süxur və qırmadaş),
- Laçın rayonu üzrə Yuxarı Həkəriçay (qum-çınqıl), Laçın-Şuşa avtomobil yolu (qarışıq süxur), Minkənd (mineral su) olmaqla
təbiət obyektləri (meşə fondu, meşə fonduna aid olmayan bitkilər, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları) Ermənistan Respublikası və onun vəzifəli şəxsləri tərəfindən qanunsuz istismar olunub, ilkin araşdırma nəticədə maddi ziyanın təqribən 16.200.059.474,80 manat olması müəyyən edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar