Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cavanşir Məmmədovun qızı ilə bağlı ŞOK İDDİA: "Facebook"da tanış olduğu kişini aldadıb? - MƏHKƏMƏ

Tarix: 29-09-2022 22:05     Baxış: 3424 A- / A+
Cavanşir Məmmədovun qızı ilə bağlı ŞOK İDDİA: "Facebook"da tanış olduğu kişini aldadıb? - MƏHKƏMƏBakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra Cavanşir Məmmədovun vəkili vəsatət qaldıraraq bildirib ki, təqsirləndirilən şəxs mediaya məlumat verməklə Cavanşir Məmmədova təzyiq edir. Vəkil, həmçinin Mustafa İbilinin polis nəzarətində olması qəti imkan tədbirinin həbslə əvəz olunmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxs Mustafa İbili ifadə verib.

O, ifadəsində bildirib ki, Xatirə Məmmədova ilə 2018-ci ildə "Facebook" vasitəsilə tanış olub və evlənmək üçün Bakıya gəlib:

"Bakıya gəldikdən sonra özümlə gətirdiyim 60 min dolları Xatirə ilə xərclədim. Lakin onunla evlənmədik. 200 min dollara qədər pulumu xərclədi. Qardaşıma aid 135 min dollar da həmin pula daxil idi. 3 il yarım dolandıraraq pulu xərclədilər. 3 il yarım ərzində mən Cavanşir Məmmədovun evində gizli yaşamışam. Evin qarşısında ayda 500 manat verib kirayə qalsam da, axşamlar Cavanşir Məmmədovun evində yaşamışam. Heç kimdən pul istəməmişəm. Xatirə Məmmədova atasından aldığı pulu mənim adıma olan bank hesabına yatırdı. İddia edirlər ki, mənə 140 min dollardan çox pul veriblər. Yalandır. Mənə pul verilməyib. Sadəcə, hesabıma yatırılıb. Bu da heç 100 min dolar etmirdi. Bank çıxarışı ilə razı deyiləm. Təkrar yoxlanılmasını istəyirəm. İddia etdiklərindən az pul yatırıblar. Hesabdakı pulun bir qisminə birjadan səhm aldım. Digər qismini də Xatirə Məmmədovanın israrı ilə çıxarılıb və özünə verilib".

Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib.

Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb. M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. trend

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar