Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Şagirdləri bütün gecəni qan axtardılar" - Qəzada ölən müəllimin ACI HEKAYƏSİ - ŞƏKİLLƏR

Tarix: 13-06-2022 18:45     Baxış: 4367 A- / A+

“Qəzadan sonra Bakıdan gələn təcili yardıma yerləşdiriləndə bilmirdik bizi eşidir, hiss edir? Bizə baxıb “əla” işarəsi göstərdi. Demək istədi ki, hər şey yaxşı olacaq...”
 
Manevr.az lent.az-a istinadən xəbər verir ki, bunu Zaqatalada ağır qəzaya düşən və bir gün sonra dünyasını dəyişən müəllim Elçin Bədirovun iş yoldaşı Könül müəllim deyir.
 
Dünən Zaqatala rayonunun Əliabad kəndindən keçən hissəsində yük maşını ilə minik maşını toqquşub. Nəticədə isə 4 nəfər xəsarət alıb. Elçin Bədirov ağır yaralanıb... Onu xilas etmək mümkün olmayıb....
 
Hər kəs tərəfindən çox sevilən müəllimi itirmək onu tanıyanları sarsıdıb. Çox az yaşamaq ehtimalı olan müəllimi sağaltmaq üçün bir gecədə 10 min manat toplanıb...
 
Könül xanım Elçin müəllimlə bağlı xatirələrini bölüşür:
 
- Bizim xatirələrimiz çoxdur axı (ağlayır). Tək özümdə yox, uşaqlar, müəllimlər, valideynlər... İnsan yaxınını itirəndə ürəyi ağrıyır. Elçini də itirmək də elə bir hisdir.
 
Gözəl ailə başçısı, gözəl valideyn, gözəl müəllim. Nə qədər yaxşı söz varsa, onun haqqında demək olar. Azərbaycan dili və Ədəbiyyat müəllimi idi. 7 ildir ki, tanışıq. Kurs açılandan burda idi. Özü eyni zamanda Əliabad 2 nömrəli məktəbdə də işləyirdi. Həm çox tələbkar, ciddi, həm də zarafatcıl idi. Yerini bilən, savadlı müəllim. Onun şagirdləri həmişə yüksək nəticə toplayırdı.
 
Elçin müəllim bu dünyada 2 övlad qoyub getdi. Onlarda biri isə hələ doğulmayıb...
 
- Ailə üzvləri Bakıda idi, indi gəlirlər, Şamaxıya çatıblar. Biz də burda gözləyirik. Özünün cənazəsini buraxmayıblar. Ailəsi Zaqatala rayonunun Əliabad kəndində yaşayırdı. 3 qardaşdırlar. Elçin müəllimin 1 yaş yarımlıq qızı var. Həyat yoldaşı da 3 aylıq hamilədi. O da müəllimdi.

Sevilən müəllim. Onun yaşaması üçün tək qan qohumları yox, dərs keçdiyi şagirdlər də mübarizə aparıb. Bütün gecə onu sağaltmaq üçün qan axtarıblar...
 
- Qəzadan sonra Bakıdan gələn təcili yardıma yerləşdiriləndə bilmirdik bizi eşidir, hiss edir? Bizə baxıb “əla” işarəsi göstərdi. Demək istədi ki, hər şey yaxşı olacaq... Amma olmadı onu itirdik.
 
Dünən gecə bütün tələbələri onun üçün qan axtarırdı ki, sağalsın. Halbuki sadəcə bir faiz sağalma ehtimalı var idi...
 
Bütün tələbələrini onun ölümü sarsıdıb. Amma bir şagirdi onun haqqında daha təsirli yazır:
 
- Bir dəfə nədənsə söhbət düşəndə Elçin müəllim demişdi ki, siz "sirat körpüsü"ndən keçəndə mən cənnətdə ağacın altında uzanmış olacam. Suallara cavab verə bilməsəniz, adımı verib keçərsiniz.
 
Elçin müəllimlə bağlı şəkilləri sizə təqdim edirik:

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar