Xəbər lenti
Rusiyada işləyənlər Azərbaycanda pensiya ala biləcəklər
Manevr.az xəbər verir ki, bununla bağlı deputat Vüqar Bayramov məlumat verib.
O, "Facebook" səhifəsində qeyd edib:
"Sənəd Rusiyada yaşayan həmyerlilərimizin şimal qonşumuzda yaşadığı zaman qazandığı sığorta stajının da tanınmasına şərait yaradacaq. Məsələn, Rusiyada yaşayan həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra o Azərbaycana dönməklə bağlı qərar verir. Bu zaman o, Azərbaycanda pensiya yaşı tamam olanda, Rusiyada qazandığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq.
Yaxud Rusiyada qısa müddət, 5 il çalışıb daha sonra ölkəyə qayıdıb Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq.
Bu baxımdan, Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan həmyerlilərimiz ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədləri də özlərində saxlaması vacibdir.
Təbii ki, elektron sistemlərin inteqrasiyası nəticəsində virtual məlumat mübadiləsi baş verəcək. Amma bütün hallarda bu tip sənədlərin qorunması arzu olunandır.
Bütövlükdə, bu sənəd Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, şimal qonşumuzun vətəndaşının ölkəmizdə qazandığı sığorta stajının Rusiyada qəbul edilməsinə imkan verəcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar