Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Şahnazaryanın prezident seçilmək şansı var? - DETALLAR

Tarix: 01-02-2022 16:31     Baxış: 3242 A- / A+

“Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasının prezident seçkilərindəki namizədi Vahaqn Xaçatryanın seçildikdən sonra Azərbaycanla sülh danışıqları istiqamətində hansı addımlar atacağı, mövcud prosesə töhfə verib-verməyəcəyi ilə bağlı indidən fikir söyləmək çox çətindir. Hakim partiyanın namizədi müxtəlif vaxtlarda bir-iki açıqlama verib. Həmin açıqlamalar əsasında deyə bilərik ki, Azərbaycan və Türkiyə ilə Ermənistanın münasibətlərinin qurulmasında maraqlı şəxs kimi görünür. Amma yenə də əsas məsələ bu deyil”. 
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 
Politoloq bildirib ki, əsas məsələ onun siyasətdə hansı real addımları atacağıdır:
“Hər halda, hakim partiyanın namizədi Vahaqn Xaçatryan daha ümidverici görsənir. Düşünürəm ki, bu məsələdə real hadisələrə baxmaq, nəzər salmaq lazımdır. Müxalifət Xaçatryanı “Azərbaycan və Türkiyənin maraqlarına xidmət edəcək prezident” adlandırsa da, bu cür replikalar boş-boş söhbətlərdir. Sadəcə olaraq, müxalifət bu məsələni şişirdir. Ümumiyyətlə, müxalifət, revanşist qüvvələr baş nazir Nikol Paşinyanı təslimçi rəhbər kimi qələmə verirlər. Eyni zamanda, onun bütün komandasını təslimçilikdə günahlandırırlar. Cəmiyyətə də “Türkiyə və Azərbaycana satılmış insanlar” kimi təqdim edirlər”. 
İlqar Vəlizadə düşünür ki, bu cür yanaşmalar onların səviyyələrinin göstəricisidir:
“İnanmıram ki, Ermənistan cəmiyyətində ciddi fikirləşən insanlar bu cür düşünsünlər. Axı, müxalifətin özü də ciddi nəsə təklif etmir. Bu cür yanaşmalar əslində dalana dirənən yoldur. Düşünürəm ki, Ermənistan müxalifəti bu cür ifşaedici bəyanatlarla özünü ifşa etmiş olur. Bunun başqa açıqlaması, izahı yoxdur”. 
“Müxalifətin namizədi, keçmiş DTK sədri David Şahnazaryanın prezident seçilmək şansı varmı?” – sualına politoloqun cavabı birmənalı olub:
“Xeyr, seçilmək imkanı yoxdur. Ermənistan müxalifəti namizəd xatirinə onun namizədliyini irəli sürüb. Çox güman ki, belədir. Üstəlik, onun Ermənistan cəmiyyətində bir o qədər nüfuzu yoxdur. Bundan başqa, Ermənistanda prezidenti parlament seçir. Parlament çoxluğu da hakim partiyanın əlindədir. Ona görə də budəfəki seçkilərdə Şahnazaryanın hansısa şansının ola biləcəyinə inanmıram”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar