Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə regionda və beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir - Ərdoğan

Tarix: 30-01-2022 14:15     Baxış: 3194 A- / A+


Müasir Türkiyə regionda və beynəlxalq aləmdə mövqelərini möhkəmləndirən güclü dövlətdir. Türkiyə iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.
Manevr.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü ölkənin şimal-şərqindəki Giresun vilayətində bir sıra obyektlərin açılışında deyib.
R.T. Ərdoğan qeyd edib ki, son 10 il Türkiyə üçün xüsusilə çətin olub: "Ölkəmiz bir çox çətinliklərin öhdəsindən gəlməli olub, lakin bu gün gələcəyə inamla baxmaq üçün bütün imkanlarımız var. Türkiyənin kursuna təsir etmək cəhdlərinin uğursuzluğunu dərk edən dairələr onun yolunda əngəllər yaratmağa, iqtisadiyyatını məhv etməyə çalışırlar", - prezident bildirib.
Dövlət başçısı həm təhlükəsizlik, həm də iqtisadi sahədə Türkiyəyə zərər vurmaq cəhdlərinə diqqət çəkib.
"Valyuta bazarlarında baş verən son manipulyasiyalara cavab olaraq dövlət milli valyutanı qorumaq üçün addımlar atdı ki, bu da türk lirəsinin sabitləşməsinə kömək etdi. Faiz dərəcələri aşağı düşüb və bundan sonra da azalacaq. Bununla da inflyasiya səviyyəsi aşağı düşəcək", - deyə prezident vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar