Xəbər lenti
Levon Ter-Petrosyan: "Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir"
"Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Bu məsələdə müttəfiqimiz yoxdur".
Manevr.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bunu İctimai Televiziyanın efirindən bəyan edib.
O bildirib ki, Qarabağ probleminin həlli üçün ən əlverişli dövr 1994-cü il idi. Azərbaycan çox acınacaqlı vəziyyətdə idi, lakin status məsələsi həll olunmadı. İndi bütün DQMV ərazisi, eləcə də Laçın dəhlizi itirildi, əraziyə sülhməramlılar gətirildi.
Ter-Petrosyan, azad edilmiş ərazilərin daimi olaraq saxlanıla biləcəyini düşünməyi absurd hesab edib. “Bu sualda müttəfiq yoxdur və olmayıb. İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”,-deyə Ter-Petrosyan qeyd edib. Sabiq dövlət başçısı ikinci prezident Robert Köçəryanın Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı fikirlərinə də münasibət bildirib. O bu ehtimalın təhlükəli olduğunu bildirib. Qeyd edib ki, bu problemlərə səbəb ola bilər.
"İndi orada Azərbaycan qoşunları var, əraziləri qaytarmaq yalnız müharibə vəziyyətində mümkündür. Robert Köçəryan açıqlaması ilə yeni bir müharibə vəd edir. Azərbaycanı kim tərk edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı ərazi bütövlüyünün bərpasına görə qınamadı. Bu dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”,- deyə o vurğulayıb.
Tərcümə: Sevinc Qərib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar