Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya MN Paşinyanın sülhməramlılarla bağlı açıqlamasını təkzib etdi

Tarix: 16-12-2020 22:14     Baxış: 3178 A- / A+
Rusiya MN Paşinyanın sülhməramlılarla bağlı açıqlamasını təkzib etdi

Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mühasirəyə alınması barədə məlumat həqiqətə uyğun deyil.

Manevr.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada qeyd olunub.

“Rusiya sülhməramlı qüvvələrinin guya Dağlıq Qarabağdakı tərəflərdən biri tərəfindən mühasirəyə alındığı barədə məlumatlar həqiqətə uyğun gəlmir. Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı bütün bölmələri həm müşahidə məntəqələrində, həm də atəşkəs rejiminə riayət olunmasına nəzarət zamanı tapşırıqları nizamlı şəkildə yerinə yetirirlər”, - deyə nazirlikdən bildirilib.

Müdafiə Nazirliyindən vurğulanıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qərargahı Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı ilə birbaşa rabitə kanalları ilə fasiləsiz qarşılıqlı əlaqədə olur, o cümlədən baş verə biləcək hadisələrin qarşısının alınmasında iştirak edir.

Nazirlik sülhməramlıların Dağlıq Qarabağda Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasındakı razılaşmalara uyğun olaraq fəaliyyət göstərdiklərini xatırladıb. Nazirlik əlavə edib ki, atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Qeyd edək ki, bundan bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan “Azadlıq” radiosuna verdiyi müsahibəsində Dağlıq Qarabağda erməni hərbçiləri ilə yanaşı, rusiyalı sülhməramlıların da Azərbaycan hərbçiləri tərəfindən mühasirəyə alındığını bildirmişdi./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar