Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Anar Məmmədov:"Yumruq kimi birləşən xalqı daha böyük zəfərlər gözləyir"

Tarix: 22-11-2020 19:25     Baxış: 3384 A- / A+
Anar Məmmədov:"Yumruq kimi birləşən xalqı daha böyük zəfərlər gözləyir"

“Hər bir dövlət xadiminin, tarixi şəxsiyyətin real gücü, qüdrəti tarixin ən ağır, ən çətin dönəmlərində üzə çıxır. Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqlardandır ki, indiki son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadimi rəhbərlik edir. Müdrik liderinin - müzəffər Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşən 10 milyon Azərbaycan vətəndaşının bu gün hər biri bir əsgərdir. Əgər 10 milyonluq xalq bir yumruq kimi birləşə bilirsə, deməli, onun gücü qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Bu birlik, bu həmrəylik bir daha dünyaya göstərdi ki, Azərbaycan insanının iradəsini heç kim sındıra bilməz. Sübut etdi ki, Azərbaycan xalqı böyük xalqdır. Bu xalqın həmrəyliyi, birliyi qarşısında ən amansız düşmən belə tab gətirə bilməz. Bu gücün bəxş etdiyi daha böyük zəfərlər isə hələ qarşıdadır.”

Manevr.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, bu gün hər bir yaşayış məntəqəsində vətəndaşlar Ali Baş Komandanı qarşılayır, “Qarabağ Azərbaycandır” şüarları səsləndirirlər: “Bir neçə gün bundan öncə isə ölkə başçısının Füzulidə, Cəbrayılda bayrağımızı yüksəltməsi, Mehriban xanım ilə birgə həm Xudafərin körpüsünə getmələri, birimizi həm sevindirdi, həm də qəlbini qürurla doldurdu. Səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Azərbaycanlılara Qələbə hissi yaşadan Prezidentə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının respublikamızın bölgələrinə səfərləri həmişə izdihamla müşayiət olunub, xalq coşqusunun şahidi olmuşuq. Ancaq bu coşqu qalib xalqın duyğu-düşüncəsinin, hiss-həyəcanının, keçmiş kədərdən sıyrılmağının və bugünkü sevincinin tərənnümü idi.”

Deputat vurğulayıb ki, Ermənistanda isə vəziyyət tam əksinədir: “Hazırda erməni xalqı Azərbaycanın 1992-ci ildəki ağır durumunu yaşayır. 44 günlük müharibə Ermənistan ordusunun kifayət qədər aciz olduğunu öz xalqı da daxil olmaqla bütün dünyaya əyani surətdə nümayiş etdirdi. Erməni ictimaiyyətinə agah oldu ki, ölkə rəhbərliyi ordu barədə indiyə qədər onu səhv məlumatlandırıb və xalqı aldatmaqla məşğul olub. Müharibədə məğlubiyyətdən sonra çətin duruma düşən Ermənistan rəhbərliyi isə vəziyyətdən çıxış yolunu Müdafiə Nazirliyində çoxsaylı həbslər aparmaqda, kadr dəyişiklikləri həyata keçirməkdə gördü. Ermənistanda ağırlaşan vəziyyət hakimiyyət üçün hər gün yeni problemlərə yol açmaqdadır. Hətta artıq baş nazir Nikol Paşinyanın komandasında da ciddi fikir ayrılıqları yaranıb. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik pik həddə çatıb. Bütün bunlar isə Paşinyan iqtidarının yarıtmaz siyasətinin, ölkənin inkişafı naminə hansısa uğurlu addım ata bilməməsinin konkret göstəricisidir. Belə ki, ötən dövr ərzində yeni hakimiyyət xalqı yox, yalnız özünü düşündüyü üçün Ermənistan hazırkı acınacaqlı vəziyyəti yaşayır.”

A.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti isə yalnız öz xalqına yox, eyni zamanda Dağlıq Qarabağda yaşayan, milli mənsubiyyəti erməni olsa da Azərbaycan vətəndaşı olacaq insanlara da qayğı ilə yanaşır: “Ölkə başçısının dediyi bu sözlər də bunun sübutudur: "Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar.” Beləliklə, İlham Əliyevin bu müraciəti əslində, erməni xalqına veriləcək ən yaxşı, ən düzgün məsləhətdir! Onlar üçün ən yüksək status Azərbaycan vətəndaşı olmaq və Azərbaycan dövlətinin himayəsində yaşamaqdır.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar