Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

İlqar Məmmədov mitinqi MSK-nın qarşısına təyin etdi

Tarix: 15-02-2020 16:01     Baxış: 4354 A- / A+
İlqar Məmmədov mitinqi MSK-nın qarşısına təyin etdi

Sabah Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçiriləcək.

Manevr.az xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib. O qeyd edib ki, fevralın 16-da keçiriləcək aksiyanın konkret olaraq təşkilatçısı yoxdur.

"Fevralın 16-da bazar günü saat 15:00-da haqqı pozulan bütün seçicilər, müşahidəçilər, namizədlər MSK-nın qarşısında dinc və demokratik mitinqə gəlsin. Bu hər hansı partiyanın, təşkilatın ya da şəxsin aksiyası deyil. Səsi və haqqı oğurlanmış hər kəsin mitinqidir!".

İl yarım əvvəl mən həbsdən çıxanda soruşurdunuz ki, mitinqə haçan çıxırıq. Onda da dedim ki, seçki saxta keçsə. İndi də deyirəm: sabah!

Kimsə sonra deyinməsin, ağlamasın, zarafatla ört-basdır etməsin ki, ah, səsimizi oğurladılar. Dinc, qanuni və qətiyyətli etiraz edək!

Mitinqin dincliyini gözdən salmaq istəyən mülki geyimli hər bir şəxs təxribatçıdır və öyrədilmiş agentdir. Onlardan uzaq olun, etirazımızın dincliyini kimsə gözdən sala bilməməlidir!", - deyə İlqar Məmmədov bəyan edib.

REAL, Müsavat partiyaları və bir neçə müstəqil namizəd 9 fevral seçkilərində qanun pozuntularının olduğunu bəyan edərək etiraz aksiyası keçirmək Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Meriya onların müraciətinə cavab olaraq aksiya üçün Lökbatan qəsəbəsində yer ayırmışdı.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar