Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Aİ-dən Yekaterinburqda azərbaycanlılara qarşı edilənlərə sərt REAKSİYA

Tarix: 04-07-2025 18:37     Baxış: 364 A- / A+
Aİ-dən Yekaterinburqda azərbaycanlılara qarşı edilənlərə sərt REAKSİYA
Rusiya hakimiyyəti tərəfindən repressiyalar bütün təzahürlərdə - həm xarici, həm də daxili siyasətdə, o cümlədən etnik azlıqlara münasibətdə aşkardır.
Manevr.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosuna Brüsseldə Avropa İttifaqı (Aİ) rəsmi nümayəndəsi Anita Hipper bildirib.
"Nəticədə zorakılıq, işgəncə və qeyri-insani rəftar baş verir ki, bu da insanların ölümünə səbəb olur", - o qeyd edib.
Azərbaycanlıların vəhşicəsinə öldürülməsi və yaralanması ilə nəticələnən Yekaterinburq hadisələri və digər şəhərlərdə sonrakı reydlərlə bağlı suala cavab verən A.Hipper qeyd edib ki, Rusiya güc strukturları tərəfindən etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar barədə məlumatlarla bağlı narahatlığı daha əvvəl Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ifadə edib.
Onun sözlərinə görə, bu, Aİ-nin rəsmi mövqeyi ilə tam üst-üstə düşür.
Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.ölkə.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar