Xəbər lenti
Azərbaycan və Pakistan XİN başçıları görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Məhəmməd İşaq Dar ilə görüşüb.
Manevr.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə nazir Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə əsaslanan ikitərəfli dostluq münasibətlərini, əməkdaşlıq perspektivlərini, bölgədəki cari vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov həmkarını xarici işlər naziri təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb və bu məsuliyyətli vəzifəsində ona uğurlar arzulayıb.
İki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə ali və yüksək səviyyəli səfərlərin, o cümlədən təmasların əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın geniş potensialının olduğu diqqətə çatdırılıb.
C.Bayramov həmkarını BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri, ağıllı şəhər və yaşıl enerji layihələri, davam edən mina təhdidi, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.
Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar