Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təzminat əvəzinə Zəngəzur? – “Azərbaycan təzyiqləri artırmalıdır”

Tarix: 06-12-2023 14:32     Baxış: 3190 A- / A+


Təzminat əvəzinə Zəngəzur? – “Azərbaycan təzyiqləri artırmalıdır”

Ermənistan minalı ərazilərin xəritəsini Azərbaycana verməkdən hələ də imtina edir.
 
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, statistik məlumatlara görə, Vətən müharibəsindən sonra 350-yə yaxın şəxs mina terrorunun qurbanı olub və onların xeyli hissəsi mülki vətəndaşlardır. O qeyd edib ki, bu rəqəmin gələcəkdə artacağı da istisna deyil:
 
“Beynəlxalq ictimaiyyət minalı ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana lazımi təzyiqi göstərmir. Deməli, çox zaman olduğu kimi yenə də öz işimizi özümüz görməliyik. Əks halda, rəsmi İrəvan həmin xəritəni Bakıya verməyəcək. Bu isə gələcək proseslərə mane olacaq. Təzminat məsələsi bu təzyiqin real nəticəyə çevrilməsini təmin edə bilər”.
Müsahibimiz qeyd edib ki, Ermənistandan təzminat tələb etməyimiz üçün başqa əsaslar da var:
“Bunlardan biri də torpaqlarımızın işğal altında olduğu 30 il ərzində bizə dəymiş ziyanla bağlıdır. Bundan sonra təzminat məsələsi daim gündəmdə olmalı, İrəvana təzyiqlər artırılmalıdır. Sistemli səylərin nəticə verəcəyinə dair ehtimal böyükdür. Ya Ermənistan, nəhayət, geri çəkilib minalı ərazilərin xəritəsini verəcək, ya da təzminat ödəyəcək. Aydın məsələdir ki, rəsmi İrəvanın bu təzminatı ödəmək üçün iqtisadi gücü yoxdur. Odur ki, tarixi torpaqlarımızı, o cümlədən Zəngəzuru maddi təzminat kimi Azərbaycana qaytara bilər. Tarixdə belə təcrübə var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar