Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanla mübahisənin pis nəticələri ola bilər” – Rus nəşrindən şok iddia

Tarix: 11-01-2023 13:39     Baxış: 4269 A- / A+


“Ermənistan Rusiyanı Cənubi Qafqazda təxribata çəkir”.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən segodnia.ru adlı saytda dərc olunan təhlildə bildirilib.
Təhlildə qeyd olunub ki, son günlərdə Qarabağ ətrafında baş verənlər Rusiyanın Cənubi Qafqazda yeni regional qarşıdurmaya çəkilməsi təəssüratını yaradır:
“Ancaq belə bir şərh düzgün deyil. Birincisi, obyektiv olaraq, Rusiyanın eyni anda iki cəbhədə döyüşə biləcək qüvvəsi yoxdur. İndi imperiya dövrü deyil.
İkincisi, siyasi baxımdan Azərbaycanla mübahisə etmək avtomatik olaraq Türkiyə ilə mübahisə etmək deməkdir ki, bunun da pis nəticələri ola bilər.
Üçüncüsü, Ermənistanda Paşinyan faktorunun üstünlük təşkil etməsidir. Paşinyan müharibəni uduzduqdan sonra da hakimiyyətdə qaldı. 1991-ci ildə “Səhrada Tufan” əməliyyatından sonra hakimiyyətdə qalan Səddam Hüseyn istisna olmaqla, tarixdə heç vaxt belə bir şey baş verməyib. Bundan sonra Səddam işğal edilmiş Küveyti və etnik cəhətdən ərəb olmayan ərazilərə faktiki nəzarəti itirdi və 15 il sonra Amerikanın nəzarətində olan “marionetlər” tərəfindən asıldı”.
Təhlildə vurğulanıb ki, Paşinyan Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq üçün hər şeyi edəcək.
“Rusiyanı təxribata çəkən Azərbaycan deyil, Ermənistandır. Amma problem ondadır ki, indiki vəziyyətdə Rusiyanın da günahı var. Əbədi güzəştlər (Ermənistana) və narahatlıqlar bu yerə gətirib çıxardı. Əgər Rusiya müharibəni uduzduqdan dərhal sonra Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını qətiyyətlə dəstəkləsəydi, vəziyyət başqa cür olardı. Ən azı vəziyyət indikindən pis (Rusiya üçün) olmazdı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar