Xəbər lenti
Xaçatryan erməniləri buna hazırlayır - Korotçenko
Prezident Vaaqn Xaçatryanın Qarabağla bağlı bəyanatı Ermənistan cəmiyyətinin yeni reallıqları dərk edə və onlara ölkədə ictimai-siyasi vəziyyəti sarsıtmadan reaksiya verə bilməsi üçün müəyyən mesaj daşıyır.
Manevr.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi analitik, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Hesab edirəm ki, bu bəyanat bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin mətnində Qarabağdakı erməni separatçıların statusundan bəhs edilməyəcəyi ilə bağlı ictimai rəyi hazırlamaq məqsədi daşıyır.
İrəvanın Azərbaycanın ərazi bütövlüyünü heç bir istisna olmadan tanıması ilə bağlı əsas müddəalar təsdiqlənəcək. Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlı məsələni Azərbaycan tərəfi həll edəcək", - İ.Korotçenko bildirib.
Onun fikrincə, Ermənistan prezidentinin bəyanatı bir növ onu bildirir ki, ATƏT-in Minsk Qrupu ilə ümidlərə, müəyyən statusla bağlı suallara son verməli olacaqlar:
“Bu, Ermənistan rəhbərliyi tərəfindən mövcud reallıqların konstatasiyasıdır".
Ermənistan Prezidenti Vaaqn Xaçatryan bir neçə gün əvvəl bəyan edib ki, Qarabağ məsələsi ilə bağlı qərarlar Ermənistan tərəfinin istəklərini təmin etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib:
"Həqiqətən, çətin dövrlərdir. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən düzgün qərarlar qəbul etməyimiz üçün realizm tələb olunur".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar