Xəbər lenti
Azərbaycan dəhlizi haradan açacağını özü bilər, İranın qorxusu... - Şərh
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Əli Həziquliyev deyib.
O qeyd edib ki, İran Ermənistanla birbaşa quru sərhədlərinin pozulmamasına çalışır: “Ona görə də, İranın Azərbaycanla bağlı açıq bəyanatları və düşmənçilik mövqeyi başa düşülmür. Farslarla ermənilərin qan qohumluğunu nəzərə alaraq İran Qafqazda sülhün onun iştirakı olmadan təmin olunmasına maneə olmağa çalışır. İranın istəyi odur ki, sülh formatında hansısa bir formada iştirak etsin”.
Əli Həziquliyevə görə, İranın müsəlman dövləti olaraq Azərbaycanın deyil, Ermənistanın yanında yer alması İslam birliyinə zərbədir: “Əslində İranda qəbul edilən İslamın saxta olduğu, dindən şovinist ideyalar üçün istifadə etdiyi hər kəsə bəllidir. İranın digər qorxusu ətrafında türk dövlətləri üçün maneəsiz dəhlizin yaranmasıdır. Onlar hesab edir ki, bu dəhliz Cənubi Azərbaycana da sirayət edə bilər. Düşünürlər ki, bu, gələcəkdə İranın hansısa bir formada parçalanmasına təkan verəcək. Ona görə də, İran bu məsələlərdə açıq şəkildə öz narahatlığını biruzə verməyə başlayıb”.
Politoloq Cümşüd Nuriyevin fikrincə, İran ona görə narahatdır ki, ABŞ-ın Yaxın, Orta Şərq layihəsi var: “Bu layihəyə görə, 2025-ci ilə qədər İran 5 yerə parçalanmalıdır. O cümlədən də İranın böyük bir hissəsi ilə Şimali Azərbaycan birləşməlidir. Eyni zamanda İran öz daxilindəki problemləri həll etmək əvəzinə Ermənistanın sərhəd bütövlüyünün keşikçisinə çevrilir. Hətta ərazilərimiz işğalda olan zaman İran-Ermənistan sərhədində bir sərhədçi belə yox idi. Ermənilər İran ərazisində istədikləri kimi işğal edilmiş Azərbaycan ərazilərinə keçə bilirdilər. Başa düşülmür ki, İran hansı dəyişiklikdən sonra bu qədər narahat olub. İran üçün dəyişən odur ki, bu ölkənin böyük miqyasda narkotrafikini Azərbaycan ordusu Qarabağı işğaldan azad etməklə kəsib. Çünki vaxtilə İranın işğal edilmiş Azərbaycan ərazilərindən Avropaya çıxardığı narkotikanın illik dövriyyəsi 5 milyard dollara qədər olub”.
Cümşüd Nuriyev hesab edir ki, İranın qorxuduğu digər məqam isə Ermənistanı dəstəkləyən güclər ola-ola Azərbaycanın onu diz çökdürməsidir: “Ona görə də, İran bu gün Papadan artıq katolik olmağa çalışır. Özlərini müsəlman dövləti adlandırırlar, amma davranışları heç bir məntiqə sığmır. Peyğəmbər deyib ki, müsəlmanlar qardaşdır. İran da buradan daşlığa çıxıb, qardaşlığa tüpürür. Bu ölkənin nə ixtiyarı var ki, Ermənistanın Azərbaycanla sərhəd məsələsini özünün "qırmızı xətti" adlandırsın. Sual verən yoxdur ki, axı sən kimsən? Azərbaycan özü bilər, haradan və necə dəhliz açacaq. Bunun İrana nə dəxli var? Onlar fikirləşirlər ki, biz işimizi-gücümüzü buraxıb İranı parçalayacağıq. Halbuki Azərbaycan dövlətinin belə bir iddiası yoxdur. Eyni zamanda Azərbaycan işğalçı dövlət deyil. Ona görə də, başa düşmək olmur ki, niyə ürkürlər?! Yəqin onlar bizi boz qurd kimi görüb qoyun sürüsü kimi ürkürlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar