Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Şimali Koreyadan CİDDİ TƏHDİD - ABŞ-ın vitse-prezidenti...

Tarix: 30-09-2022 16:42     Baxış: 3321 A- / A+


Şimali Koreyadan CİDDİ TƏHDİD  - ABŞ-ın vitse-prezidenti...
Şimali Koreya ötən gecə Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket atıb.
Xarici media xəbər verir ki, Yaponiyanın müdafiə naziri Hamada Yasukazu Şimali Koreyanın qərb sahilindən Yapon dənizi istiqamətində atdığı raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü deyib.
Nazir maksimum 50 kilometr yüksəkliyə çatan iki ballistik raketin normal orbitdə təxminən 300 kilometr məsafə qət etdiyini bildirib.
“Şimali Koreya heç bir səbəb olmadan təxribatları artırır. Bu raket sınaqları silsiləli şəkildə Yaponiyanın, eyni zamanda regionun sülh və təhlükəsizliyini təhdid edir”. – deyə o, əlavə edib.
Bildirilib ki, raketlərin düşdüyü bölgədə hər hansı dağıntı qeydə alınmayıb. Yaponiya hökuməti Pekin səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz notası verib.
ABŞ-ın Hind-Sakit Okean Qüvvələri (INDOPACOM) sözügedən raket sınaqlarının ABŞ və müttəfiqlərinin ərazisi üçün təhlükə yaratmadığını açıqlayıb.
Ötən həftə və ötən gün raket sınaqları keçirən Pxenyan administrasiyasının son sınağının ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Cənubi Koreyaya səfəri ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib. Qeyd edək ki, ABŞ, Cənubi Koreya və Yaponiyanın sualtı qayıqlara qarşı birgə təlim keçirəcəyi gözlənilir.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar