Xəbər lenti
İrəvanda suyu bulandıran kimdir? - "Əmrlər eyni mərkəzdən verilir"

“Ümumiyyətlə, indi yox, uzun illərdir bu münaqişənin yaranmasına səbəb olan güc mərkəzlərinin adları bizə məlumdur”.
O, İrəvanda müxalifətin təşkil etdiyi vətəndaş itaətsizliyi aksiyalarının kənardan təşkil olunması rəyindədir.
“Bu güc mərkəzləri həm şimaldan, həm də qərbdən öz təsirini göstərir. Eyni zamanda, münaqişə ocağının birdəfəlik sönməsinə mane olan mərkəzlər məlumdur. Yəni hərəsi öz dövlət marağı və mənafeyi üçün bunu həyata keçirir.
İstisna etmək olmaz ki, Rusiya regionda öz varlığını və təzyiq vasitələrini daimi qoruyub saxlamaq naminə bölgədə müəyyən münaqişələrin mövcud olmasına şərait yaradıb. Əgər Azərbaycanla Ermənistanla arasında qarşılıqlı və dayanıqlı sülh yaranarsa, həm də Türkiyə-Ermənistan münasibətləri normallaşmağa doğru irəliləyərsə, artıq bölgədə nə Rusiyanın, nə də Qərbin mövcudluğuna ehtiyac qalacaq”.
E. Məmmədov əlavə edib:
“Ermənistandakı etiraz aksiyalarının kütləvi hal alması müəyyən təlimatları həyata keçirən qüvvələrin işidir. Səsləndirilən şüarlara diqqət yetirin: “Paşinyan ermənilərin və Ermənistanın mənafeyini satır” və s. Müxalifəti bu cür revanşist bəyanatlar ətrafında birləşdirən “Qarabağ klanı” – Koçaryan-Sarksiyan cütlüyüdür. Onlar uzun illər istədiyini edib. Təkcə maliyyə dayaqları deyil, erməni siyasi- hərbi dairələrinə də təsirləri var.
Bu cinayətkarlar 1988-ci ildə başlayan hadisələrdə SSRİ KQB-sinin agentura şəbəkəsi idi. Onlar KQB-nin əməkdaşları kimi hər zaman müdafiə olunublar. İşğal dövründə də, işğaldan sonrakı dövrdə də, bu gün də əmrlər çox güman ki, eyni mərkəzdən verilir.
Xüsusilə, Paşinyanın Brüssel səfərindən sonra Moskvaya çağırılması, Prezident Əliyevin Ukraynaya dair son fikirləri – bütün bunlar hadisələrə öz təsirini göstərir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar