Xəbər lenti
Azərbaycanda vaksin vurduranlar yenidən yoluxur - HƏKİM SƏBƏBİNİ AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanda karonavirusa yoluxanların sayı son günlər artmaqdadır. Yoluxanlar arasında vaksini iki dozada qəbul edənlər də var.
Bəs vaksin vurduranların yenidən virusa yoluxmasına səbəb nədir?
Manevr.az redaktor.az-a istinadən xəbər verir ki, həkim-infeksionist Vüsalə Yaşar ortalama 28 gün fasilə ilə hər iki vaksin dozasını alan insanların immunitetinin tam formalaşmaması səbəbində yenidən yoluxduqlarını deyib:

“Bunun bir sıra səbəbləri var, immunitetin yaranma müddətini gözləmədən sosial məsafə və gigiyena qaydalarını unudurlar. Çox rahat davranırlar, maskadan istifadə etmirlər. Vaksin vurduranlar elə düşünürlər ki, daha təhlükə yoxdur. Sadəcə məsələ burasındadır ki, gördüyüm xəstələr yaşlarının çox olmasına baxmayaraq xəstəliyi yüngül formada keçirirlər. Hər bir kəs özünü qorumalıdır, yoluxmanın artmasında əsas məsələ gizli keçirilən mərasimlərdir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar