Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xəstələrə kartof olmaz, vəziyyəti pisləşdirir –SİYAHI

Tarix: 01-08-2019 08:38     Baxış: 3283 A- / A+
Bu xəstələrə kartof olmaz, vəziyyəti pisləşdirir –SİYAHI

Kartof bizim qidamıza XIX əsrin sonlarında gəlib. Daha doğrusu çar Rusiyasında ilk dəfə yemək kimi istifadəyə başlanılıb. Dədə-babalarımızın qidasında kartof yox idi. Rusiyadan Zaqafqazayiyaya ayaq açan kartof bizim də küftə, parça, qovurmanın tərkibinə düşə bildi.

Hazırda ən çox istehlak olunan tərəvəzdir, insanlarımız hər gün kartof yeyir. Amma elə xəstələr var ki, onlara nəinki hər gün, heç ayda 5 dəfə də kartof yemək olmaz.
Manevr.az medicina.az-a istinadən kartofun kimlərə zərərli olması barədə məlumatı təqdim edir.

1.Diabet xəstələri

Harvard alimləri bildirir ki, şəkərli diabet xəstələrinin hər gün kartof yeməsi qanda şəkəri artırır, metobolizmi ağırlaşdırır, əlavə fəsadlar yaradır. Eləcə də hələ diabet olmayan şəxslər gündəlik rasionda çox kartof yeyərsə, gələcəkdə II tip Diabet olma riski yüksəlir. Xüsusən kartof fri diabeti aktivləşdirir.

2.Hipertoniya

Tədqiqatlar sübut edib ki, həftədə 5 pay qızardılmış kartof yeyənlərdə həmin həftə təzyiq yüksəlməsi 12% artır. Kartof fri yedikdə isə bu risk 18%-ə qalxır. Ona görə yüksək təzyiqdən əziyyət çəkənlər kartoflu yeməklərdən çəkinməli, həftədə 1-2 dəfə ilə kifayətlənməli, onlar yalnız közdə bişmiş 1-2 ədəd kartof yeyə bilərlər.

3.Oynaq iltihabı- artroz, revmatizması olanlar

Oynaqlarında iltihab olan xəstələr bildirir ki, badımcan, kartof, pomidor yedikdən sonra ağrıları artır. Buna səbəb kartofda olan alkoloid tropandır ki, oynaqlar bu maddəyə həssasdır.
Artrit üzrə professor Norman bildirir ki, oynaqlarında həssaslıq olan insanlar əgər 10 il müddətində çox miqdar kartof yeyərsə, 10 il sonra artrit xəstəsi olur.

4.Allergiya


Daha çox uşaq və yeniyetmələrdə kartofa qarşı qida allergeni olur. Kartof yedikdə onlarda səpki, qaşınma, ağıl içinin şişməsi baş verir.

Köhnə və göyərmiş kartofdan uzaq

Kartofda çox zəhərli solanin var. Solanin toplandığı yerdə kartoşka yaşılı rəng alır. Belə kartofu yedikdə, orqanizm zəhərlənir, toksinləşir, əzələ və baş ağrısı başlayır.
Kartofu gün altında saxlamayın, açıq havada günlərlə qalmış kartofu da almayın. Ən yaxşı bişirilmə üsulu isə közdə, qrildə, manqalda qabıqlı kartof külləməsidir.
Onun qlikemik indeksi azdır, qabıqlarında olan faydalı maddələr də itmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar