Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

25 ildən sonra uğurlu əməliyyat

Tarix: 05-08-2018 16:50     Baxış: 21 014 A- / A+
 25 ildən sonra uğurlu əməliyyat


Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulanı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.

Oftalmoloq cərrah Mehriban Əlizadə türk həkimlərinin yaratdığı Könüllülər Dərnəyinin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi “Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigerə səfər edib.

Uzman həkim Mehriban Əlizadə əsasən Aguie adlanan regionda sağlıq xidmətləri göstərib, göz problemləri olan şəxsləri müayinə edib.

Tibbi xidmət zamanı Xədicə Şəfahət adlı şəxs uşağının gözlərini müayinə etmək məqsədilə həkim qəbulunda olub. Bu zaman azərbaycanlı həkim Xədicənin gözlərində mirvari suyu olduğunu sezib. Bəlli olub ki, Xədicə Şəfahət anadan kataraktla doğulub və 25 ildir ki, görmə qabiliyyəti yoxdur. Övladını, həyat yoldaşını, dünyanı görməyən ananı müayinə edən Mehriban Əlizadə təcili onu əməliyyat otağına götürüb. Bir gün sonra gözləri sarğıdan açılan Xədicə Şəfahətə ilk dəfə dünyanı, övladını və həyat yoldaşını görüb.

“Övladını müayinəyə gətirmişdi. Mən Xədicənin qəribə baxışları olduğunu sezdim. Diqqət etdiyimdə gözündə ağ katarakt olduğunu gördüm. Xəstəni dərhal əməliyyata götürərək gözlərinə linza qoyduq. Bir gün sonra gözlərini açdıqda qüsursuz şəkildə dünyanı, övladını görə bildi. Ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində, bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur”,- uzman oftalmoloq cərrah Mehriban Əlizadə təəssüratlarını bölüşərkən bildirib.

Məlumat üçün bildirək ki, Nigerə səfər edən könüllü həkim qrupu 635 katarakt əməliyyatı, 1523 göz müayinəsi, 1118 diş müayinəsi, 3403 terapevtik müayinə, o cümlədən 1000 körpənin müayinəsi, 400 ultrasəs müayinəsi həyata keçirilib. //teleqraf.com

 25 ildən sonra uğurlu əməliyyat
 25 ildən sonra uğurlu əməliyyat


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar